TƏLİM NƏTİCƏSİ 2
Müəssisələrə ekskursiyalar
Bu ekskursiya sahəsi geniş və əhatəli olmaqla yanaşı şagirdlərdə ixtisaslarına uyğun maraq formalaşdırır. Peşə təhsili müəssisələrində son dövrlərdə bu işlə əlaqədər xeyli iş görülmüşdür.Məktəb rəhbərləri və müəssisə rəhbərləri arasında sıx əlaqə yaradılmış və şagirdlər müəssisələrdə vəziyyətlə əyani tanış olmaqla yanaşı müəyyən vaxt ərzində şagird vəzifəsində qalmaqla müəssisədə praktika keçirlər.
1. Sənaye obyektlərinə ekskursiyalar: Son dövrlərdə qeyri neft sektoruna olan maraq artmaqdadır. Rayonlarda isehsalın yerli müəssisələrin və kadrların hesabına artırılması qarşıda duran məqsədlərdəndir. Azərbaycanda sənayenin əsas inkişaf etdiyi ərazilər Bakı, Sumqayıt, Gəncə, Daşkəsən ərazilərini misal göstərmək olar.
2. Əkin sahələrinə və fermalara ekskursiyalar: Peşə istiqamətindən asılı olaraq ekskursiyalar təşkil edilir.Son dövrlərdə kənd təsərrüfatını inkişaf etdirmək dövlətin başlıca siyasətlərindən biridir. Bunun üçün əkin texnikasına, kənd təsərrüfatının digər avadanlıqlarının xaricdən gətirilməsi və fermerlərə subsidiyalar, lizinqlər yolu ilə satılması təmin edilir. Heyvandarlığın kəmiyyət yox keyfiyyət baxımından inkişaf etdirilməsi üçün xarici dövlətlərlə əməkdaşlıq edilmişdir. Hər bir sahibkarın yeni növ heyvan yetişdirilməsi üçün dövlət sahibkara pul ödəyir. Şagirdlərdə bu sahələrə maraq artırılması üçün heyvandarlıq müəssisələrə, süd zavodlarına, müxtəlif kənd təsərrüfatı sahələrinə ekskursiyalar təşkil edilir.
2.6. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
• Azərbaycan memarlığının özünəməxsus xüsusiyyətlərini araşdırın;
• Memarlıq məktəblərini quruplaşdırın;
• Memarlıq ekskursiyalarının keçirildiyi yerləri araşdırın;
• Ekskursiya rəhbərinin fəaliyyətini dəyərləndirin;
• Memarlıq və şəhərsalma formalaşarkən müxtəlif xalqların mədəniyyətinin təsirini araşdırın;