TƏLİM NƏTİCƏSİ 2
İstehsalat ekskursiyasını aparan ekskursiya rəhbəri çalışmalıdır ki, istehsalat prosesində ekskursantlar ekskursiyanı yaxşı eşitsinlər və görsünlər. İstehsalat ekskursiyasını aparan ekskursiya rəbərinin hazırladığı iki amil mühümdür. İşlədiyi müəssisəni mükəmməl bilməli və metodikanı öyrənməlidir.
Qeyri neft sektorunun inkişafı yerli istehsala müsbət təsir göstərir: Azərbaycanın qeyri-neft sektorunun inkişaf strategiyasında məhz turizm sənayesi üzrə tutumlu islahat və layihələrin gerçəkləşdirilməsi başlıca vəzifə kimi qarşıya qoyulub. Dünya iqtisadiyyatında turizm sənayesindən əldə edilən gəlirlərin xüsusi çəkisinin getdikcə artması, bir sıra ölkələrin bu sahəni şərtləndirən ilk onluqda yer almasına çalışması turizmi bir ölkənin daxili inkişaf sferasından çıxararaq əlaqələrin qurulması və möhkəmləndirilməsi istiqamətində şaxələnən əməkdaşlığa sövq edir. Yüksək turizm sənayesi mədəniyyətinə yiyələnmək istəyi təkcə təhsilin modern inkişafını nəzərdə tutmur. Eyni zamanda təhsil ilə təcrübənin, o cümlədən elmi araşdırmaların qarşılıqlı inkişaf modelini zərurətə çevirir. Bu baxımdan Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 10 illik fəaliyyəti ərzində məhz təhsil-tədris-təcrübə-tədqiqat modelində tələbələrin ölkəiçi və xaricdə yerləşən nüfuzlu otellərdə, həmçinin müvafiq strukturlarda 5 və 2 aylıq təcrübə semestrində iştirakına xüsusi önəm verir. Azərbaycanda istehsalın artırılması yerli istehsalat müəssisələrinin inkişafından asılıdır.
Müasir istehsalat
Azərbaycan Respublikası prezidenti İlham Əliyev və
Vitse Prezident Mehriban Əliyeva Mingəçevir Tekstil
fabrikasının açılışı zamanı
İstehsalat öz çərçivəsinə son məhsulun buraxılması üçün bütün aralıq mərhələləri toplayır. Bir sıra hallarda “istehsalat” və “istehsal” terminləri eyni anlamda işlənir. Baxmayaraq ki, “istehsalat” termini məhsul buraxılışının təşkilini, “istehsal” termini isə prosesi əhatə edir. İstehsalat çox sıx şəkildə mühəndis elmləri və menecerliklə bağlıdır. Onlardakı yeniliklər istehsalın daha səmərəli təşkilinə və xərclərin azalmasına səbəb olur. Son dövrlərdə reklamla yanaşı dizayn məsələsi də böyük əhəmiyyət daşımağa başlamışdır.