TƏLİM NƏTİCƏSİ 2
Turistlərin tələbatlarına uyğun olaraq ekskursiya mövzusunun düzgün seçimi çox vacibdir,nəzərdə tutulan tədbir haqda ətraflı dolğun məlumatın verilməsi bacarıqla həyata keçirilməlidir.
2.5.1. İSTEHSALAT EKSKURSİYALARINI TƏŞKİL EDİR
ÜMUMİ ANLAYIŞ
İstehsalat və ya İstehsal hər hansı bir məhsulun və ya xidmətin yaradılması üçün hüquqi şəxsin və
fiziki şəxsin təşkil etdiyi fəaliyyət prosesidir. İstehsalat prosesində maşın,
mexanizm, alətlər və insan əməyindən istifadə edərək satış üçün məhsul hazırlanır. Bir qayda olaraq
istehsalatda böyük həmdə xammaldan hazır məhsul istehsal edilir.
Bu termin ancaq insan əməyinə aid olaraq adi sənətdən yüksək texnologiyalara qədər geniş dairəni əhatə edir. Belə hazır məhsullar sonradan daha geniş istehsalatda digər mürəkkəb məhsulların istehsalı üçün istifadə edilir. Məsələn, gəmi, silah və digər yüksək texnologiyalı mallar. Bir qayda olaraq bazar iqtisadiyyatı mühütündə bir məhsul digər məhsulun buraxılışı üçün mərhələ rolunu oynayır. Həmçinin bazar münasibətləri özünü tənzimləmə prinsipinə malikdir. Ancaq son dövrlərdə dövlət daha müntəzəm sahibkarlıq prinsiplərini gözləməklə bazar münasibətlərinə müdaxilə etməli olur.
İstehsalat ekskursiyalarının təşkil olunma qaydası
İstehsalat ekskursiyası mütəxəssislərin tələblərini ümumtəhsil məktəblərinin, yuxarı sinif şagirdlərinin xüsusi hazırlığının əsas hissəsini təşkil edir. İstehsalat ekskursiyasının hazırlanması və aparılması ilə əlaqədar ekskursiya rəhbəri istehsalatın bir sahəsini seçməli, bu sahə üzrə ixtisasını artırmalı metodikanı öyrənməlidir. Hər bir müəssisədə ekskursiyalara yalnız müəssisənin rəhbərinin əmri və sərəncamı ilə icazə verilir. Ekskursiya rəhbəri təşkilata gələn ekskursiya qrupu ilə tanış olur qrupun tərkibini ümumi-texniki hazırlığını müəyyənləşdirir və qrupun xüsusi marağını öyrənir. Sonra ekskursiya rəhbəri əsas qaydalar və təhlükəsizlik texnikası barədə məlumat verir.