TƏLİM NƏTİCƏSİ 2
Cəmiyyət inkişaf etdikcə insanların dünyagörüşündəki inkişaf o cümlədən elmi fəlsəfi və siyasi görüşlərdəki inkişaf və dəyişikliklər muzeylərin də rolunu ön plana çəkirdi. Muzey elmi tədqiqat və mədəni marif müəssisəsi kimi öz sosial funksiyalarına uyğun olaraq tarix mədəniyyət və təbiət obyektlərinin abidələrini komplektləşdirir, qoruyur, öyrənir və xalqa tanıdır. Uşaq və gənclərin dünya görüşünün, sənət əsərlərinin, düzgün qiymətləndirmək bacarığının formalaşdırılması muzeylərin müxtəlif təhsil ocaqları ilə fəaliyyəti zamanı daha səmərəli olur. Muzeylər məktəblinin tarixi biliklərini daha da əyaniləşdirir. Ədəbi təhsildə çox böyük əhəmiyyət kəsb edən N.Nərimanov, C.Cabbarlı, M.F.Axundov, C.Məmmədquluzadə kimi görkəmli şəxslərin ev muzeyləri ilə tanışlığı onların həyat və yaradıcılığının əlaqəsi daha da dərindən anlamağa müstəqil təhlil etməyə kömək edər.
Muzey Anlayışı
Muzey (yun. μουσε☒ον) — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisə. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi- mənəvi xəzinə sayılır. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyildir.
Muzeylər mahiyyətinə görə müxtəlif təmayüllü olurlar. Məsələn, dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq və s. Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar sayılır. YUNESKO-nun təşəbbüsü ilə 1978-ci ildən 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.
Tarixi muzeylərə ekskursiyalar
Tarixi muzeylərə misal olaraq Qobustan yaşayış yeri, Quba soyqırımı ilə əlaqədar olaraq təşkil olunmuş açıq muzeyləri turistlərə göstərməklə həm tarixi keçmişimizi həm də regionda baş verən siyasi hadisələri ekskursiya iştirakçılarına çatdırmaq mümkün olur.Muzeylərə və xususilədə tarixi memarlıq abidələrinə ekskursiyaların keçirildiyi vaxt ekskursiya rəhbəri tərəfindən aktuallığını bu gündə itirməyən obyektlərin və eksponatların xüsusi qeyd edilməsi maraqlı tarixi hadisələr və faktlar haqqında danışmaq bacarığı əsas şərtlərdən biridir.
Muzeyə ekskursiyaların təşkili nisbətən asandır ekskursiyanın xarakteri və mövzusu ekuskursiya rəhbərinin ayrılması müvafiq muzeylə əvvəlcədən razılaşdırılmalı,ekskursiyanın keçirilmə tarixi və saatları şərtləşdirilməli, ilkin ödəniş həyata keçirilməlidir.
Ekskursiya yerini seçərkən turistlərin tərkibi diqqətlə nəzərə alınmalıdır.