TƏLİM NƏTİCƏSİ 2
Muzeylərə ekskursiyalar
Müasir Azərbaycanın hər şəhərini “sənətkarlar şəhəri” adlandırmaq olar, çünkü hələ qədimdən
onların hamısının - xalça ustalarının, zərgərlərin, silah ustalarının, toxuma ustalarının, daş
üzərində çalışanların - məşhur sənətkarların mərkəzindən olanlar kimi ölkənin hüdudlarında belə
böyük hörməti olmuşdur. Bu gün orta əsrlərdə yaşayan sənətkarların əsərlərinin inciləri dünyanın
bütün muzeylərində - Luvrdan (Luvr muzeyi (fransızca Musee du Louvre)) — dünyanın ən məşhur
muzeylərindən biridir. 1793-cü ildə açılan və sahəsi 60 000 m2 olan muzey Parisdə yerləşir. Hazırda
yerləşdiyi ərazinin sahəsi 160 106 metr2 olmaqla, dünyada böyüklüyünə görə üçüncü yeri tutur.
Bu sahənin 58 470 m2-ni ekspozisiyalar tutur) başlamış Ermitaja kimi, həmçinin yerli xalq tətbiqi
muzeylərində saxlanılır. İncəsənət ekskursiyalarında mövzu seçimi digər ekskursiyalarda olduğu
kimi xüsusi əhəmiyyət kəsb edir. R.Mustafayev adına İncəsənət Muzeyinə ekskursiya təşkil edilərkən
bu muzeyin bədii dəyərləri ilə ilk tanışlıq üçün ümumi icmal vermək və ya “Şəkillərə necə baxmalı”
mövzusu üzərində dayanmaq olar.
İncəsənət əsərləri nümayiş etdirilən zaman turistlərin tərkibi nəzərə alınmaqla onların təlabatına uyğun olaraq ekskursiya mövzusu seçilməlidir.
Heykəltəraşlıq nümunələrinə ekskursiyalar
Ayrı-ayrı dövrlərdə milli heykəltəraşlıq və memarlıq komplekslərinin qiymətli inciləri yaradılmışdır. Öz dəst-xətti, zəngin bədii ənənələri ilə seçilən Azərbaycan heykəltəraşlığının müasir siması ötən əsrin 20-ci illərindən etibarən formalaşmış və sürətli inkişaf yolu keçmişdir. Bu müddət ərzində şəhər və park heykəltəraşlığının diqqətə layiq abidələri, mühüm ictimai hadisələrin və tanınmış şəxsiyyətlərin şərəfinə bir sıra monumentlər ucaldılmışdır. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Səməd Vurğun və digər sənətkarların milli heykəltəraşlıq xəzinəsini zənginləşdirən möhtəşəm abidələri Bakının memarlıq mənzərəsini ahəngdar şəkildə tamamlamış və ona xüsusi görkəm vermişdir.
Öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Respublikamızın hər bir bölgəsində şəhidlərin xatirəsinə abidə-komplekslər ucaldılmışdır.