TƏLİM NƏTİCƏSİ 2
Bərdədə əmələ gələn memarlıq istiqaməti,ölkədə feodal dövlətlərinin müstəqilləşməsi prosesində,yerli ənənələrin güclənməsi ərəfəsində başlayır. Məhz bu şəraitdə Aran memarlıq məktəbi əmələ gəlməkdə idi. Bərdədəki inşaat texnikası, şəhərsalma ənənələri daha sonra, şübhəsiz ki, Gəncədə davam etdirilir. X əsrdə Gəncədə Şəddadilərin apardığı geniş inşaat işləri bu şəhəri Azərbaycanın ən böyük memarlıq mərkəzlərindən birinə çevirir. Hələ Bərdədə əmələ gəlməyə başlayan üslub cəhətləri Gəncədə daha bariz şəkildə formalaşır.
Bərdə və Gəncə ətrafında formalaşmış Aran memarlıq məktəbi öz təsir dairəsini genişləndirərək demək olar ki, Azərbaycanın bütün orta hissəsinə yayılır. XI əsrdən başlayaraq Beyləqan daha sonra isə Şəmkir də memaqlıq mərkəzlərinə çevrilir. Beləliklə Aran memarlıq məktəbinin əhatə dairəsi xeyli genişlənmiş olur.
2. Naxçıvan - Marağa memarlıq məktəbi: Azərbaycan ərazisində geniş yayılmış memarlıq
məktəblərindən biridir. Bu memarlıq məktəbi XI əsrdən formalaşmağa başlamış və orta əsrlər Azərbaycan
memarlığının üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir.
Azərbaycan memarlığı tarixinə dair araşdırmalarda ilk dəfə bir memarlıq məktəbi kimi tanınan Naxçıvan -
Marağa memarlıq məktəbi olmuşdur. Bunun əsas səbəbi Naxçıvan memarlıq məktəbinə məxsus olan
sənətkarların bir çoxunun adını daşıyan kitabələrin dövrümüzə çatmasıdır. 1162-ci il tarixli Yusif
Küseyir oğlu türbəsindəki kitabədə memar Əcəmi Əbubəkr oğlu özünü naxçıvanlı memar adlandırır.
3. Şirvan-Abşeron memarlıq məktəbi: Azərbaycan memarlıq tarixində özünəməxsus yeri və əhəmiyyəti olan məktəblərdən biridir. Şirvanşahlar dövlətinin Kəsranilər sülaləsi zamanı möhkəmlənməsi və beləliklə,inşaat üçün əlverişli şərait yaranması yerli memarlıq məktəbinin çiçəklənməsi üçün zəmin yaradır. Şirvanşahlar dövlətinin ərazisi təbii inşaat daşlarıyla zəngin olduğu üçün bu ərazidə hələ qədim dövrdən başlayaraq əhəng daşı bir inşaat materialı və binaların bəzəyində oyma şəklində tətbiq edilən yeganə material idi.
Şirvan-Abşeron memarlığının üslub xüsusiyyətləri daş və onun üzərində tətbiq edilən ornamental oymanın birlikdə təsiri əsasında formalaşmışdır. Gözəl yerli daşın diqqətlə yonulması və onun səthinin hamarlanması Şirvan tikililərinin hörgüsünə xüsusi bir görkəm verir. Belə hörülmüş səthlərin üzərində yerləşdirilən zərif daş oymaları kompozisiyanın gözə çarpan hissələrində mərkəzləşdirilir və öz bədiiliyi ilə diqqəti cəlb edir. Şirvan memarlığının belə bir istiqamətdə inkişafı burada kompozisiyaların sadəliyini müəyyənləşdirmiş,əsas diqqət isə ayrı-ayrı ünsürlərin dürüst şəkildə işlənməsinə verilmişdir.