TƏLİM NƏTİCƏSİ 2
Şimal qərb bölgəsinə ekskursiya
Bu bölgə təbiəti kimi zəngin memarlıq abidələri ilə məşhurdur. Qafqaz Albaniyasının paytaxtı
Qəbələ qədimliyi və müasirliyi ilə bu diyarda birinci yerdə durur. Şəhər e.ə ıv əsrə aiddir.
Qəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır. Şəki şəhəri qədim albaniyanın mühüm şəhəri olmuş burada xristianlığın ən qədim məbədi olan Kiş Alban məbədi yerləşir. Digər dövrlərdədə bu günə qədər qalmış Gələsən Görəsən qalası XV əsr, Xan sarayı XVIII əsr, Karvansaray (XVIII-XIX əsr) memarlığı və.s abidələri ilə zəngindir. Qax rayonunda V əsr Qum Alban məbədi, Ləkit kəndində VII əsrə aid yeddi alban məbədi, XVIII əsr İlisu kəndində Sumuq qala, Ulu körpü və Şamil qalası.
Zaqatala rayonunda qədim dövrə aid yaşayış yerləri Pəri qalası, Zaqatala qalası və s. misal göstərmək olar.
Qərb bölgəsi
Bu bölgə ibtidai insanın Azıx adamının aşkar olunduğu diyardır. Qədim Albaniyaya aid yaşayış yerləri, müxtəlif xanlıqların dövründə tikilmiş memarlıq nümunələri ilə seçilir. Lakin əzəli düşmənlərimiz ermənilərin bu bölgənin böyük bir hissəsinə təcavüz etməsi torpaqlarımızın böyük bir hissəsinin işğalına səbəb omuşdur.Bu bölgə turizm baxımından əlverişli olsada lakin hərbi vəziyyət, işğalda qalmış ərazilərimizin tarixi memarlıq abidələri talan olunmasına və dağıdılmasın gətirib çıxarmışdır.Bu siyasi gərginlik bölgənin turizm imkanlarının inkişafına mane törədir.