TƏLİM NƏTİCƏSİ 2
2.1.1. TARİXİ ABİDƏLƏRƏ EKSKURSİYALARI TƏŞKİL EDİR
TARİXİ KEÇMİŞİN ZƏNGİNLİYİ
Azərbaycanın çoxəsirlik tarixini əks etdirən çoxlu memarlıq və incəsənət abidələri mövcuddur. Alimlər tərəfindən elmi əsaslarla öyrənilmiş bu abidələr turistləri həmişə özünə cəlb etmişdir. Respublikamızın hər diyarı tarixi keçmişi ilə və özünəməxsus xüsusiyyətləri ilə seçilir.
Memarlıq abidələrinə ekskursiya təşkil edilərkən ekskursiya rəhbərləri bölgənin tarixini, etnoqrafiyasını, toponimikasını və coğrafi baxımdan yerləşməsini bilməli və müəyyən bilikləri səyahətçilərə çatdırmağı bacarmalıdır.
Şimal Şərq bölgəsinə ekskursiya
Bu bölgə ekskursiya baxımından turistlər üçün tarixi zənginliyi ilə fərqlənir. Qobustan dövlət
qoruğu ən qədim insanlar haqqında məlumatı əyani şəkildə səyahətçilərə nümayiş etdirir.
Qədim yaşayış məskənləri Şabran, Şamaxı, Quba, Xaçmaz, Abşeron bölgəsi Qafqaz Albaniyasının
mühüm yaşayış yerləri olmuşdur. Şirvanşahlar dövlətinin uzun müddət mövcudluğu memarlıq
baxımından bu bölgəni zənginləşdirmişdir. Bunlara misal olaraq Şamaxıda Sündi kəndində məscid
(X əsr), Buğurd(XII), Gülüstan(XII) qalaları. Abşeronda Qız Nardaran(XII), Ramana(XII) qalaları,
Atəşgah(XVII), Nardaranda məscid(XVII).
İçəri Şəhər tarixi ilə tamamilə fərqlənir. Tunc dövründən burada yaşayış mövcud olmuşdur. Şəhərin salınması V əsrə təsdüf edir. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu 1977 ci ildən qoruq elan olunmuşdur. 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahıdan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.