TƏLİM NƏTİCƏSİ 1
Ekskursiya obyektlərinin seçilməsi mühüm məsələdir.
Bu obyektlər turistlərin görmə qavrayışlarının əsasını təşkil edir. Nümayiş əsasında ekskursiya
rəhbərinin nitqi formalaşır, mühakimləşir və şərhlər aparılır.
Ekskursiya zamanı obyekt kimi aşağıdakılardan istifadə oluna bilər:
• Tarixi hadisələrlə bağlı xatirə yerləri;
• Binalar və tikililər, həmçinin qalalar və körpülər;
• Xatirə və memorial lövhələr;
• Təbii obyektlər: çaylar, göllər, parklar, qoruqlar;
• Memarlıq və şəhərsalma abidələri,texniki tikililər.
Hər bir obyektdə metodik şöbə pasport və ya kart tərtib olunur. Şəhər ərazisində yerləşən bütün obyektlərə kartoçka tərtib olunmalıdır. Bu yeni mövzuların hazırlanmasını asanlaşdırır və müxtəlif mövzulu ekskursiyalarda eyni obyektlərin istifadəsinə imkan verir.
Ekskursiya kartoçkasına geniş xarakterizə olunmuş obyekt haqda qısa məlumatlar daxil edilir. Bu məlumatlar aşagdakılardır:
1. Ekskursiya obyektlərinin adı;
2. Abidə ilə bağlı tarixi hadisələr və onun vaxtı;
3. Obyektlərin yerləşdiyi yer, poçt ünvanı;
4. Yarandığı tarix ( inşası və açılış tarixi );
5. Müəlliflərin adı, soyadı ( memarlıq, heykəltaraşlıq və rəssamlıq əsərləri );
6. Obyektin təyinatı, müasir dövürdə necə istifadə edilir;
7. Obyektin nəzərə çarpan əlamətləri, stili, səciyyə;
8. Obyektin tarixi;
9. Abidənin dövlət tərəfindən qorunması;
10. Abidədə memorial lövhənin olub-olmaması ( onun mətni );
11. Abidə və onunla bağlı əks olunan ədəbiyyat;
12. Obyektin hansı ekskursiyalarda istifadə olunması;
13. Kartoçkanın tərtib olunma tarixi, tərtibatçının soyadı və vəzifəsi.