TƏLİM NƏTİCƏSİ 1
1.4.1. İCMAL EKSKURSİYA TƏŞKİL ETMƏYİ NÜMAYİŞ ETDİRİR
EKSKURSİYANIN HAZIRLANMASI
Ekskursiyanın hazırlanması həm ekskursiya işinin təşkilatçılarından, həm də ekskursiya rəhbərindən yaradıcıllıq tələb edən bir prosesdir. Bu özündə iki mərhələni birləşdirir.
Yəni ekskursiyanın hazırlanması yaradıcı qrupa tapşırılır. Mövzunun çətinliyindən aslı olaraq 3-7 nəfər,bəzən isə daha çox ekskursiya işi ilə məşğul olan işçilər daxil olur. Yeni ekskursiyanın hazırlanması ekskursiya və ya turist müəsisəsinin rəhbəri verir.
Ekskursiya hazırlayan yaradıcı qrupun hər bir üzvü ekskursiyanın yarım mövzulardan birini hazırlayır, material toplayır, baxış obyektini seçir və aydınlaşdırır.
Lazımi material toplandıqdan və göstəriləcək obyeklər müəyyənləşdikdən sonra, mətn tərtib olunur və metodik hazırlıq görülür.
Ekskursiyanın hazırlanmasının mərhələləri:
• Ekskursiyanın məqsədini müəyyənləşdirmək;
• Mövzunu seçmək;
• Seçilmiş mövzuya aid ədəbiyyat siyahısını tərtib etmək və obyektləri öyrənmək.
• Ekskursiya marşurutunu tərtib etmək;
• Ekskursiya mətnini hazırlamaq;
• Ekskursiya rəhbərinin “çantası”nı hazırlamaq;
• Metodiki üsullar seçmək;
• Mətn və metodiki işləməni yekunlaşdırmaq;
• Ekskursiyanı qəbul etmək;
• Ekskursiyanı təstiq etmək.