TƏLİM NƏTİCƏSİ 1
İkinci variant - Obyekt haqqında yalnız danışılır- tarixi hadisələr söylənilir, şəhərin hər hansı bir
müəssisənin səciyyəsi verilir.
Üçüncü variant- obyekt yalnız nümayiş etdirilir- ekskursiya rəhbərinin başçılığı ilə onun(obyektin)
müşahidəsi aparılır(öyrənilir, araşdırılır).
Dördüncü variant - nümayiş etdirmə, ya da danışıq olmur- turistlər müstəqil iş aparır(müşahidə
edir, aldıqları bilikləri və təəssüratları mənimsəyirlər).
Adı çəkiln variantlardan məharətlə, düzgün istifadə ekskursiya rəhbərindən böyük ustalıq tələb edir.
Daha bir vacib məqam ekskursiya iştirakçılarının və ekskursiya rəhbərinin istirahəti üçün nəzərdə tutulan qısa müddətli fasilədir. Ekskursiya zamanı fasilələrin düzgün sıralanması və onlardan istifadə də mühüm rol oynayan amillərdəndir.
Ekskursantlara çatdırılmasının ən effektiv yollarının, auditoriya ilə iş üsullarının məcmusudur. Ekskursiya rəhbəri metodiki üsullarının təsnifatını dərindən bilməlidir. Bu üsullar özlüyündə bir neçə qrupa bölünürlər ki, bunlar da, ekskursiya rəhbəri ilə ekskursantlar arasında möhkəm əlaqələr qurmaqda ona kömək edir. Bunlar müşahidə edilən obyektə davamlı diqqətə nail olunmasına xidmət edən, diqqəti danışığın üzərində qurmaq, bununla da şifahi informasiyanın daha yaxşı mənimsənilməsinə səbəb olan; ekskursiya materialının görmə qavrayışı vasitəsi ilə vizual şəkildə qavranılmasını təmin edən üsullardır.
Üsulların təsnifatında əsasən iki qrup qeyd edilir:
Nümayiş etdirmə üsulları - obyektlərin müşahidəsinə (öyrənilməsinə, araşdırılmasına) xidmət edən üsullara; obyektin ətraf aləmdən ayrılmasına,habelə onun müəyyən detal və hissələrin bütövlükdə obyektdən seçilməsinə yönəlmiş üsullara; ekskursantların təsəvvürünə, təxəyyülünə əsaslanaraq obyektin xarici görünüşündəki dəyişiklikləri gözlə görülmək məqsədi daşıyan və obyekti lazım olan şəkildə görmək imkanı verən üsullara ayrılır (bu üsul hərəkət-ekskursiya qrupunun obyektə yaxınlaşması və ya əksinə uzaqlaşması üzərində qurulur.