Turoperator və turagentliklər yerləşdirmə, qidalanma, nəqliyyat, ekskursiyaların təşkili, turizm xidməti ilə bağlı digər təşkilatlarla və turistlərlə münasibəti təşkil edir.
Turoperator - turizm məhsulunu formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan hüquqi şəxsdir.
Turagent - turoperator tərəfindən hazırlanmış turizm məhsulun alınması, onun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir.
Turizm fəaliyyəti - turoperator və turagent fəaliyyəti, habelə səyahətlərin təşkili üzrə digər fəaliyyət.
Turizm firması yaratmaq istəyən hər bir şəxs ilk növbədə öz ölkəsinin (regionun) və həmdə əlaqəli şəkildə fəaliyyət göstərəcəyi ərazi (ölkə, ölkələr) barədə biliyə yiyələnməlidir. Turizm firmasının fəaliyyəti üçün turizm infastruktrunun mövcudluğu mütləqdir.
Turizm müəssisənin qeydiyyata alınmasına vergilər departamentinə müraciət etməklə başlanılır. Bunun üçün aşağıdakı sənədlər tələb olunur:
Bu sənədlər vergi departamentinə təqdim edildikdən sonra 3-5 iş günü müddətində şəxsi (hüquqi və ya fiziki) qeydiyyata alır və müvafiq qeydiyyat şəhadətnaməsini təsisçiyə verir.