Modulun adı: Turoperator |
Modulun kodu: 1 |
Saatlar və kredit: 230 |
Modulun ümumi məqsədi: Bu modulu bitirdikdən sonra tələbə, turoperatorun iş fəaliyyətini bilir və turistin sifariş etdiyi turun hazırlanmasını və qiymətinin hesablanmasını bacarır. |
Təlim nəticəsi 1: Turizm firmasının yaradılmasının ilkin şərtlərini bilir. |
Qiymətləndirmə meyarları |
1. Turizm firması yaradarkən vətəndaşın toplamalı olduğu sənədləri sadalayır. |
2. Turizm firmasının fəaliyyətə başlanmasında həyata keçirilən mərhələləri müəyyən edir. |
3. Turizm müəssisəsində sənədləşmənin rolunu qeyd edir. |
4. Turizm məhsulunun satış kanallarını sayı. |
5. Turzim məhsullarının satışında vasitəçiləri seçir. |
Təlim nəticəsi 2: Turoperatorun iş fəaliyyəti haqqında ümumi məlumatı bilir. |
Qiymətləndirmə meyarları |
1. Turoperatorun əsas funksiyalarını sadalayır. |
2. Turoperatorun fəaliyyətinin əsas istiqamətlərini qeyd edir. |
3. Turoperatorun yerləşdirmə obyektləri ilə işin düzgün qurulmasından danışır. |
4. Turoperatorun qidalanma müəssisələri ilə bağladığı müqavilə şərtlərini sayır. |
5. Turoperatorun nəqliyyat müəssisələri arasındakı iş birliyini müəyyən edir. |
Təlim nəticəsi 3. Turist marşrutlarının təsnifatını bilir və tur hazırlamağı bacarır. |
Qiymətləndirmə meyarları |
1. Azərbaycan Respublikasında fəaliyyət göstərən turist maşrutlarının istiqamətlərini sadalayır. |
2. Tur zamanı göstərilən xidmətləri və tur hazırlanmasını nümayiş etdirir. |
3. Turizm məhsulunun yaradılmasında xidmət dərəcələrini vurğulayır. |
4. Xidmət paketinin formalarındaninklüziv və sifarişli turları hazırlayır. |
5. Turun formalaşdırılmasındakı sənədləri sadalayır. |
6. Turun qiymətini hesablayır |