Turizm sektorunun gündən günə inkişafı ilə əlaqədar Turoperator modulu müasir peşə təlimində mühüm yer tutur. Ölkəmizə turist axının hər il dahada artmağı, bölgələrimizdə turizmin inkişafı bu sahənin inkişafının bariz nümunəsidir.
Avropa ittifaqının dəstəyi ilə işlənmiş bu lahiyədə turoperator modulu 5 təlim nəticəsindən ibarətdir. Məqsədimiz tələbə bu modulu bitirdikdən sonra tələbə turoperatorun iş fəaliyyətini, turistin sifariş etdiyi turun hazırlanmasını və qiymətinin hesablanmasını bilir. Eyni zamanda tur zamanı göstəriləcək xidmətlər barədə, inklüziv və sifarişli turlar haqqında, turun reklamı, satışı və s. biliklərə yiyələnir.
Belə ki, 1- ci təlim nəticəsində turizm firmasının yaradılmasının ilkin şərtlərini öyrənir, turizm müəssisəsində sənədləşmənin mahiyyətini dərk edir.
2-ci təlim nəticəsində turoperatorun iş fəaliyyəti haqqında ümümi biliklərə yiyələnir, yerləşdirmə, qidalanma, nəqliyyat müəssisələri ilə iş birliyinin düzgün qurulması haqqında biliklər əldə edilir.
3-cü təlim nəticəsində turist marşrutlarının təsnifanı öyrənir, Azərbaycanda fəaliyyət göstərən turist marşrutlarının istiqamətləri barədə məlumatlar toplayır. Bununlada turların hazırlanması prosesində lazım olan məlumatları tətbiq edərək tur hazırlayır.
4-cü təlim nəticəsində turizmdə rəsmiyyətçilik formalarını öyrənir, pasport, viza və onun növləri, tibbi rəsmiyyətçiliyin vacib məqamları haqqında məlumat əldə edir.
5-ci təlim nəticəsində turizmin təşkilində marketinqin rolunu, turizm məhsulunun formalaşma və qiymət strategiyasını, turizm məhsullarının satışında reklamın rolunu öyrənir.