TƏLİM NƏTİCƏSİ 5
Reklam informasiya fəaliyyətinin yüksək səviyyədə aparmaq ücün yeni ideyalar tərtib
etməyə və tədqiqat işlərini aparmaq üçün turizm şirkətlərinin çoxu reklam üzrə mütəxəsislərə üz
tuturlar.
Turizmdə sərgi və ekspoziyisa
Turizm firması öz müştəriləri və partnyorları qarşısında öz imicini qaldırmalı, öz müştəriləri ilə
müntəzəm əlaqə saxlamalı və təklif etdiyi proqramlar haqqında onların fikrini bilməlidir. Bundan
ötrü, turizm təşkilatları turizm sahəsində sərgilər və ekspozisiyalar təşkil etməlidir. Böyük ustalıqla
təşkil olunmuş sərgilər turizm məhsulunun hərəkətə gətirilməsinə kömək edir. O firmalar sərgilərdə
üstünlük qazanır ki, onlar məşhur samballı partnyorlarla əməkdaşlıq edirlər. Məşhur təşkilatlarla
əməkdaşlığın geniş işıqlandırılması turizm firması üçün yaxşı nəticlər verə bilər.
Turizm inkişaf etmiş ölkələrin böyük şəhərlərində hər il turist sərgisi və yarmarkası təşkil
olunur. İlk beynəlxalq turizm sərgisi Bakıda 2002- ci ilin may ayında, “Avropa” otelində təşkil
olunmuşdur.
Sərgidə iştirak etmək istəyən hər bir şirkət 6 ay qabaq ərizə verir. Ərizə də şirkətə lazım olan
stend sahəsini, onun yerləşdirilməsini və avadanlığı göstərir.
Sərgilərin və yarmarkaların yaxşı təşkil olunması turoperatorların idarəetmə qabiliyyətindən
asılıdır. Sərgi - yarmarka fəaliyyəti mehmanxana biznesi ilə sıx əlaqədardır.
Bu cür tədbirlərin görülməsinin əsas məqsədi müştərilərə, turoperatorlara və onların
partnyorlarına külli miqdarda istehsal olunan turizm məhsullarının satışını təmin etməkdir.
5.7. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
|
|
- Qruplarla iş. Turizmdə marketinqin məqsədini müəyyənləşdirin.
- Turizmdə marketinqin yaranma tarixi haqqında məlumat toplayın.
- Qruplara ayrılın və turist məhsuluna olan təlabatları öyrənin.
- Turist məhsuluna olan təlabatın asılı olduğu faktorları izah edin.
- Marketinqin əsas vəzifələri haqqında məlumat toplayın.
- Turizmdə tələbata təsir göstərən müştəri tələbatlarının növlərini cədvələ yazın: