TƏLİM NƏTİCƏSİ 5
Bütün bunların hamısını cəmləşdirsək şəxsi satışı aşağıdakı ardıcıl mərhələlərdən təşkil olunmuş klassik bir proses kimi qəbul etmək olar:
- Müştərinin qəbul olunması və onunla işgüzar, lakin səmimi əlaqə yaratmaq;
- Onun tələbatını diqqətlə öyrənmək ;
- Məhsulu təqdim etmək;
- Yaranmış şübhələri yayındırmaq;
- Məhsulu satmaq;
- Satışdan sonra əlaqələri davam etdirmək.
Müştərilərin qəbulu və onunla ünsiyyətin yaranması
Müştərinin qəbulu böyük ustalıq tələb edir. Onun sonrakı səmimiliyi və açıq ünsiyyətə başlaması bu qəbuldan asılıdır. Turagentin tək optimisliyi yox onun xarici görünüşü də çox vacibdir. Onun təmiz və eleqant geyinməsidə müştəriyə təsir göstərir. Turagent diqqətli və söhbətsevər olmalıdır.
Müştəri ilə ünsiyyət (kontakt) yaratmağın bir neçə üsulu var: birincisi odur ki, söhbəti müştərini ən çox maraqlandıran mövzudan başlamaq lazımdır. Ikinci, o dəqiqə müştərini valeh edən frazadan və ya sürətdən ( atalar sözündən) və ya maraqlı yumordan başlamaqdır. Üçüncüsü - müştəriyə ehtiramla yanaşmaq və bildirmək lazımdır ki, onun şəxsiyyətinə yüksək qiymət verir.
5.5.1. TURİZM MƏHSULLARININ SATIŞINDA REKLAMIN ROLUNU GÖSTƏRİR
TURİZMDƏ REKLAM - İNFORMASİYA
Turizm dünya təsərrüfatının yüksək gəliri olan dinamik bir sahədir.
Turizm reklam-informasiya təminatı olmadan inkişaf etdirmək qeyri mümkündür. İnformasiya özü xidmətin
bir sahəsidir. O, həm turistə həm də turizmin təşkilatçılarına lazımdır.
Reklam nə deməkdir və onun turizmdə rolu nədədir?
Reklam - müştəriləri məlumatlandıran və bunun nəticəsində turizm məhsuluna həvəsləndirən bir prosesdir. Bu proses turizm agentlikləri ilə turistlər arasında əlaqə yaradır, təklif olunan məhsulun turist üçün zəruri olmasını turistlərə inandırır və onlara bu sahədə qərara qəbul etməyə hazırlayır.
Reklam azadlığı
Reklamın azad olması məhsulun rəqabət aparan turist bazalarına sərbəst çıxmaq imkanıdır. Bu sərbəst çıxış turizm məhsullarının təkmilləşdirilməsinə və yeni turist məhsullarının yaranması səbəb olur. Azad reklam kompaniyası bazar iqtisadiyyatının vacib elementidir.