TƏLİM NƏTİCƏSİ 5
Turist müəssisələri hazırladığı məhsulların alıcılıq qabiliyyətini diqqətlə öyrənməlidirlər. Xüsusilə məhsulun üstünlüklərini diqqət mərkəzində saxlamalıdırlar.
İnformasiya xidmətləri turistlərə pulsuz göstərilir, turist müəssiəsləri onların vasitəsilə öz məhsullarının çoxunu sata bilirlər. Məlumat materillarının olması və personalın bu materiallardan xəbərdar olması və alıcılara operativ olaraq sözsüz çatdırması turist məhsulunun bir hissəsidir.
Turist məhsulunun formalaşma strategiyası
Turist məhsulu öz inkişafında ardıcıl mərhələlərdən keçir. Bu mərhələlər satılma həcmi və gəlirin dəyişməsi ilə xarakterizə olunur.
İlk mərhələdə məhsul bazara çıxarılır və turist müəssisəsi onu cəmiyyətə təqdim edir. Bu mərhələdə marketinq xərcləri həddindən çox olur.
İnkişaf mərhələsi satış həcminin və gəlirin artması ilə xarakterizə olunur. Bu mərhələdə də hələ marketinqə çoxlu pul xərclənir. Lakin bu mərhələdə artıq rəqabət başlayır və marketinqə xərclənən pul alıcılarda məhsulun keyfiyyəti haqqında inam yaratmağa və satışın genişlənməsinə istifadə olunur.
Kamillik mərhələsi satışın artmasının zəifləməsi və stabilləşməsi ilə xarakterizə olunur.
Zəifləmə mərhələsində turist sferası bu məhsuldan artıq doyur. Mütəmadi olaraq satışın həcmi və gəlir azalır. Bazarda yeni məhsullar peyda olur. Həmin məhsula isə artır tələbat yoxdur. Firmaya yeni məhsul haqqında düşünmək lazımdır.
5.3.1.
TUROPERATORUN FƏALİYYƏTİNDƏ QİYMƏT STRATEGIYASININ ZƏRURİLİYİNİ QEYD EDİR
TURİZMDƏ QİYMƏT VƏ QİYMƏT ƏMƏLƏGƏLMƏ
Turist məhsulunun qiyməti marketinq kompelksinin vacib faktorudur. Müəssisələr çalışırlar ki, bazarda baş verən qiymət qalmaqalından asılı olmasınlar, özlərini müştərilərə və özlərinə münasib qiymət formalaşdırsınlar. Qiymət marketinq vasitələrinin adi bir elementidir, lakin vacib bir funksiyanı daşıyır - o, satışdan əldə olunan gəliri formalaşdırır.
Qiymət turizm marketinqinin nəzarəti altındadır, ona görə də qiymət strategiyasının tərtib olunması turist firmasının vacib probləmlərindən biridir. Qiymət strategiyası tərtib olunması bir neçə ardıcıl mərhələlərdən ibarətdir.