TƏLİM NƏTİCƏSİ 5
ÜTT təşkilatı turizmdə marketinqin funksiyalarını 3 hissəyə bölür:
- Müştərilərlə təmasın qurulması
- İnkişaf
- Nəzarət
Müştərilərlə əlaqələrin yaranma məqsədi, onları inandırmaqdır ki, onlara təklif olunan turist məhsulu onların istədiyi və axtardığı məhsuldur.
İnkişaf məhsulu irəlilətmək üçün yeni üsulların planlaşdırılmasıdır.
Nəzarət isə görülən işlərə nəzarət etmək, buraxılan səhvləri düzəltmək və təhlil etmək məqsədini güdür.
Marketinq təkcə reklam və ya xidmətlərin satışı, ya da sadəcə olaraq xidmətlərin işlənib hazırlanması deyil. Bu marketinqin konsepsiyasına uyğun olaraq bütün funksiya və ya fəaliyyəti özündə cəmləşdirən bir sistemdir. Turist məhsulunun istehsalı yoxdursa, deməli marketinqdə yoxdur.
5.2.1. TURİZM MƏHSULLARININ FORMALAŞMA STRATEGİYASINI MÜƏYYƏN EDİR
TURİZMDƏ TƏLƏBAT ANLAYIŞI
Təlabat- şüurlu sürətdə adət olunmuş zərurətdir. İnasanların tələbatı rəngarəng və çoxdur. Tələbatlar iki cür olur: şəxsi və ictimai. Turizm tələbatı şəxsi tələbatdır.
Turizm sahəsində tələbatın əmələ gəlməsi və inkişafı istehsalın maddi bazasının inkişafı ilə bilavasitə əlaqədardır.
Turist məhsuluna olan tələbat aşağıdakı faktorlardan asılıdır:
- gəlir
- xidmətin qiyməti
- asudə (boş) vaxt
Turizm tələbatı orqanizmin zəifləməsi nəticəsində meydana gələn prosesdir. Turizm tələbatı özünü və ətraf
mühiti dərk etmək məqsədini güdür və bu sahədə turizmin imkanları sonsuzdur.
Turizm tələbatının yaranması insanın motivasiya nəzəriyyəsinə əsaslanır. Bu tələbat eyni zamanda ictimai
xarakter daşıyır və ictimai tələbatdır.
Turizm tələbatı təbii tələbatdır və insanın inkişafı nəticəsində meydana gəlmişdir.
Turist məhsulunun strukturu
Turist bazalarında müvəffəqiyyətlər məhsulun cazibədarlığından asılıdır. Marketinqin əsas vəzifəsi də elə odur ki, insanlara lazım olan malları və xidmətləri lazım olan vaxtda, lazım olan yerdə və lazım olan keyfiyyətdə (qiymətdə) təşkil etsin.