TƏLİM NƏTİCƏSİ 4
“Turun qiymətini hesablayır”
1. Turpaketin qiymətinə daxil olan əsas xərcləri
sadalayın.
2. Turların qiyməti nəyə əsasən müəyyən edilir?
3. Müştərilər tərəfindən turpaketin qiymətinin
ödənilməsi yolları və variantları hansılardır?
4. Turizm məhsulunun maya dəyəri nece hesablanılır?
5. Bir turist üçün turməhsulun qiymətini hesabla.
4.1.1. TURİST RƏSMİYYƏTÇİLİYİNİN QAYDALARINI MÜƏYYƏN EDİR
TURİST RƏSMİYYƏTÇİLİYİ
Dövlət sərhədlərini keçdiyi zaman turistlərdən dövlət orqanları tərəfindən qəbul olunmuş müəyyən
qaydalara və qanunlara riayət etmələri tələb olunur. Bu qayda və qanunlara turist rəsmiyyətçiliyi
deyilir. Turist rəsmiyyətçiliy elə təşkil olunmalıdır ki, turistlərin başqa ölkə və regionlara səfərlərini
asanlaşdırsın və eyni zamanda heç bir ölkənin təhlükəsizliyinə ziyan dəyməsin.
Turist rəsmiyyətçiliyi bir neçə qrupa bölünür:
- Pasportlar
- Vizalar
- Gömrük qaydaları
- Valyuta nəzarəti və valyuta dəyişmə qaydaları
- Ölkəyə daxil olma və ölkəni tərk etmə qaydaları
- Sanitar qaydaları
- Xarici ölkədə yaşamaq və hərəkət etmə qaydaları və s.
Beynəlxalq turizmdə polis rəsmiyyətçiliyi də vardır, buda xarici turistlərin pasport və viza rejiminə
nəzarət deməkdir.
4.2.1. VİZANIN NÖVLƏRİNİ VƏ TURİSTƏ VİZA ALMAĞIN YOLLARINI NÜMAYİŞ ETDİRİR
VİZA
Pasport və viza sənədləşməsi
Pasport vətəndaşın şəxsiyyətini təsdiq edən sənəddir. Bu sənəddə vətəndaşın cinsi, yaşı,
doğulduğu və yaşadığı yer haqqında məlumat göstərilir. “Ümumvətəndaşlıq pasportu”-ndan əlavə,
diplomatik və xidməti pasportlardan da istifadə olunur.