TƏLİM NƏTİCƏSİ 3
Komleksli xidmət - turizm xidmətlərin komplektini bildirir. Turizmdə xidmətlər müxtəlifdir:
yerləşmə, daşıma, qidalanma, ekskursiya və s. Xidmətlər əsas və əlavə xidmətlərə bölünür.
Əsas xidmətlərə aiddir: yerləşdirmə, qidalanma, nəqliyyat (tarnsfer daxil olmaqla).
Əlavə xidmətlərə aiddir: ekskursiyalar, əyləncələr səfərin məqsədinə aid digər tədbirlər.
Xidmətlər paketi (turpaket) – turoperator tərəfindən
hazırlanmış xidmətlər toplusudur: daşıma, yerləşdirmə,
qidalanma, ekskursiya və s. tur üzrə xidmət paketi səyahətin
məqsədindən və turistlərin tələbatına uyğun olaraq seçdikləri
turizm istirahət növünə uyğun hazırlanır.
Turpaket – səyahət zamanı fərdi və ya qrup variantlarda
turistlərə təklif olunan xidmətlər kompleksdir.
Tur hazırlananda (formalaşdırılanda) iki variant xidmət paketi tərtib olunur:
•
Sifarişli turlar. Sifarişli turların hazırlanması bir başa turistin iştirakı və istəyi ilə
həyata keçirilir. Turistə istirahətin ehtimal olunan yerdə hər xidmət növü üzrə bir neçə variantı
təqdim olunur.
•
İnklyuziv-tur (İT). Bu əvvəlcədən planlaşdırılıb tərtib olunmuş turdur. Burada eyni
zamanda turistlərin sosial təbəqəsi və yaşı nəzərə alınır. Ən çox yayılmış turlar avtobus turlarıdır. İT
adətən məşhur yerlərə təşkil olunur və bu turlara daim tələbat vardır. İT – laratəlbəin dəyişməsinə
baxmayaraq bu cür turların artması müəyyən üstünlüklərlə bağlıdır.
3.5.1. TURUN FORMALAŞDIRLIMASIDAKI SƏNƏDLƏRİ SADALAYIR
TURUN FORMALAŞDIRILMASINDAKI SƏNƏDLƏRİN HAZIRLANMASI
Turistlərin tələbatını təmin etmək məqsədilə tur bir neçə variantda hazırlana bilər. Marşrutun
layihə pasportu hazırlandıqdan sonra aşağıdakı tədbirlər yerinə yetirilir:
- Turistlərin daşınması üçün avianəqliyyat, dəmir yolu və avto nəqliyyat müəssisələri
ilə bağlanmış müqavilələrə konkret tur barədə əlavələr edilərək hər iki tərəfdən təsdiqlənir.
- Turlar üzrə qrup rəhbərləri, bələdçilər, tərcüməçilər müəyyən edilir.
- Kataloqlar, reklam materialları hazırlanır.
- Qəbul edən tərəflə turistlərə təqdim olunacaq xidmətlər bölgüsü razılaşdırılır.
Turun formalaşdırılması prosesində “marşrutun sənədlər toplusu”na aşağıdakılar əlavə edilir:
- Marşrutun texnoloji kartı - burada marşrutun əsas göstəriciləri: yerləşmə müəssisələri,
marşrutun ilk və son istifadə tarixi, bir tur zaman turistlərin təqribi sayı,
turistlərin xidmət proqramı, turun ümumi təsviri əks olunur.