TƏLİM NƏTİCƏSİ 3
3.3.1. TURİZM MƏHSULUNUN YARADILMASINDA XİDMƏT DƏRƏCƏLƏRİNİ VURĞULAYIR
XİDMƏT DƏRƏCƏLƏRİ
Xidmət keyfiyyətini bildirmək məqsədilə xidmət dərəcələri tətbiq edilir. Xidmət dərəcələrinin
beynəlxalq normativ standartları yoxdur. Bu səbəbdən turoperator və turagentlər təqdim etdikləri
turları şərti olaraq aşağıdakı kateqoriyalarla bildirirlər:
- “Lyuks” dərəcə - bu dərəcədə xidmət ən yüksək səviyyədə təqdim olunur. 5 ulduz və dəbdəbəli
hotellər, aviadaşıma birinci dərəcəli və ya biznes-təyyarə ilə, qidalanma dəbdəbəli restoranda və
s..
- Birinci dərəcə - kifayət qədər yüksək xidmət, 4-5 ulduzlu hotellərdə yerləşmə, uçuş biznes –
dərəcə, əla mətbəx, fərdi transfer, bələdçi və s.
- Turist dərəcəsi – kütləvi xidmət variantı: 2-3 ulduzlu hotel, müntəzəm aviareysdə ekonom –
dərəcə ilə uçuş, qidalanma isveç stolu ilə, transfer qrupla və s.
- Ekonom dərəcə - ən ucuz xidmət dərəcəsidir. Adətən bu xidmət dərəcəsini tələbələr və
aztəminatlı insanlar seçir. Bu xidmət proqramında aşağı səviyyəli minimum xidmət nəzərdə tutulur.
Yerləşmə 1-2 ulduzlu hotellərdə, hostellərdə, yataqxanalarda, özünəxidmət olan kiçik hotellərdə,
qidalanma məhdud çeşidli və s.
Lakin nəzərə almaq lazımdırki bu dərəcələr şərtidir və milli xüsusiyyətlərdən asılı olaraq
fərqli ola bilər.
3.4.1. XİDMƏT PAKETİNİN FORMALARINDANIN KLÜZİV VƏ SİFARİŞLİ TURLARI HAZIRLAYIR
XİDMƏT DƏRƏCƏLƏRİ
Turizmin inkişaf etdirilməsi üçün turistlərə təklif olunan turizm məhsullarının da
inkişaf etdirilməsi vacibdir. Çünki turizmdə uğurlu fəaliyyət xidmətlərin və turizm məhsulunun
keyfiyyətindən olduqca asılıdır. Bu zaman turizm məhsulunun qiymətinin düzgün qoyulması və
istər yerli, istərsə də xarici turistlər üçün cəlbedici olması, məhsulun keyfiyyəti ilə onun qiyməti
arasında uyğunluğun olmasını təmin etmək lazımdır.