TƏLİM NƏTİCƏSİ 3
Turun hazırlanması
Turist marşrutu – siyahı üzrə qeyd olunmuş bütün coğrafi məntəqələrə və yerlərə gedilməsi
nəzərdə tutulan və səyahət müddətində dayanacaqdan - dayanacağa qədər turistlər tərəfindən
gedilən yoldur.
Məhsulun işlənib hazırlanması iki ardıcıl hissədən ibarət olur:
Marşrutun hazırlanması;
Turun formalaşdırılması.
Marşrutun hazırlanması aşağıdakı mərhələləri əhatə edir:
- Marşrutun seçilməsi;
- Marşrutun forma xüsusiyyətinin ( tip) müəyyən edilməsi;
- Eskiz modelin qurulması;
- Marşrutun yerləşdirmə, qidalanma obyektlərinə bağlılığını, nəqliyyat təminatını təyin etmək;
- Təhlükəsizlik sxeminin işlənib hazırlanması;
- Marşrutun sınaqdan keçirilməsi və tələb olunan dəyişikliklərin aparılması;
- Marşrutun layihə pasportunun təsdiqlənməsi.
Turun proqramı
- Hər bir tur proqramının yerinə
yetirmə prosesi üç mərhələyə bölünür:
- Hazırlıq mərhələsi
- Marşrutun keçirilməsi
- Son