TƏLİM NƏTİCƏSİ
Yerli
əhalinin və turistlərin fərqli təbəqələri nəzərə alınaraq qonaqlama yerlərinin sayının artırılması bu
istiqamətdə aparılır.
Azərbaycanın regionlarında geniş təbiət resurları, meşələrin çoxluğu, dağ landşaftının geniş
yayılması ekoturizmin inkişaf etdirilməsi üçün də imkanlara yaradır.
Azərbaycanda 7 turist marşrutu fəaliyyət göstərir. 4 əsas 3 əlavə.
Əsas turist marşurutları:
1. Şimal turist marşrutu ( Bakı – Xaçmaz)
2. Şimal – qərb turist marşrutu ( Bakı – Balakən)
3. Qərb turist marşrutu (Bakı – Qazax)
4. Cənub turist marşrutu ( Bakı – Astara)
Əlavə turist marşrutları:
1. Bakı – Qarabağ ( fəaliyyət göstərmir)
2. Bakı – Naxçıvan
3. Bakı – Qobustan və ya Bakı – Abşeron
3.2.1. TUR ZAMANI GÖSTƏRİLƏN XİDMƏTLƏRİ VƏ TUR HAZIRLANMASINI NÜMAYİŞ ETDİRİR
TUR
Turoperatorun fəaliyyətini əsas vəzifəsi turist marşrutunun hazırlanması və bunun müvafiq
xidmətlərlə təmin edilməsidir. Marşrut əsasında konkret turlar satışa buraxılır. Turistlərin
sifarişlərindən asılı olaraq turlar fərdi və qrup şəklində ola bilər.
Fərdi turlar ( 1-5 turist) turistə müstəqillik və sərbəstlik verir. Lakin bu turlar çox bahalı
olurlar. Çünki bu halda turist marşrutdaxili nəqliyyatın, bələdçinin xidmətlərini tam ödəməli olur.
Qrup halında isə bu xidmətlərin ödənişi bütün qrup üzvlərini üzərinə düşür. Bu səbəbdən də fərdi
turlar kütləvi turstləri qane etmir.
Mütəxəssislər tərəfindən turməhsulun bir neçə istehlak xassəsi müəyyən edilmişdir:
- Əsaslı olması
- Etibarlı
- Effektivlik
- Bütövlük
- Elastiklik
- Faydalı