TƏLİM NƏTİCƏSİ 2
Hava nəqliyyatından istifadə edən hər bir turist öz hüquq və vəzifələrini yaxşı bilməlidir.
Sərnişinin və aviadaşıyıcının və hüquq və öhdəliklərinin yaranmasını, habelə bunlar arasında
müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən sənəd - aviabiletdir.
Aviabiletlərin satışı zamanı aviaagent müştəriyə veriləcək sualları tərtib edir:
- Uçuşun tarixi, marşrut, reysin nömrəsi, biletin bir tərəfli yaxud ikitərəfli olması;
- Konfort səviyyəsi, salonun dərəcəsi;
- Uçuşun tipi: (fərdi, qrup və ya ailəliklə);
- Yaşı və sosial qrupu;
- Korporativ klubun üzvüdür, aviaşirkət işçisidir;
- Baqajın çəkisi və ölçüləri, heyvanların olması;
- Aviabiletin ödəniş qaydası.
Sərnişinlərin çarter aviareyslərlə daşınması - çarter reysləri (turoperatorlar, turoperatorun
müvəqqəti birlikləri; aviabrokerlər) sifariş ilə yerinə yetirilir.
|
Dəmiryol nəqliyyatı
Bu nəqliyyatın digər nəqliyyat növlərindən fərqi bir
sıra üstün xüsusiyyətlərinin olmasıdır. Məsələn:
- 300 - 800 km məsafələrə daha sərfəlidir;
- Əksər Avropa ölkələrinin dəmiryol vağzalları
şəhər mərkəzində yerləşdiyinə görə;
- Qatarlar avtomobil nəqliyyatına nisbətən daha
təhlükəsiz nəqliyyatdır;
- Aviadaşımalara nisbətən dəmiryolu nəqliyyyatı
daha
ucuzdur.
|
Avtonəqliyyat
Ölkə daxilində və qonşu ölkələr səfərlər bir sıra hallarda avtonəqliyyatla edilir.
Avtonəqliyyatın üstünlükləri:
- Mobil olması, yəni dəmiryolu olmayan yerlərdə avtonəqliyyatdan istifadə edilir.
- Hərəkət zamanı istənilən yerdə dayanmaq olar;
- Irihəcmli baqaj aparmaq olur.
Su nəqliyyatı
Gəmilərdən turizm məqsədilə istifadə edilməsi ildən-ilə daha da genişlənir. Kruiz biznesinin əsas
yerləri Aralıq və Baltik dənizləri, Karib hövzəsi sayılır. Kruiz - su hövzəsində gəmidə səyahət etməklə
müxtəlif dəniz limanlarına daxil olaraq ekskursiyalar təşkil etməkdir. Kruizlərin təşkilatçısı kimlər