TƏLİM NƏTİCƏSİ 2
Əgər turpakete turistlərin regionda gəzintisi, hoteldən uzaq yerlərə ekskursiyalar daxil edilibsə, bu halda
günorta və axşam yeməkləri turistlərin həmin zaman olduqları yerdə qida ilə təmin olunması
məqsədəuyğundur. Bunun üçün isə tur marşrutları xəttində yerləşən qidalanma obyektləri ilə də
müvafiq müqavilələr bağlanır. Ölkə daxilində turistlərin uzaq məsafəyə avtonəqliyyatla çatdırılması
zamanı yolüstü yeməkxana və çayxanaların xidmətindən istifadə edilir.
Turoperator əvvəlcədən turpaketə saldığı bu qida obyektləri ilə müqavilə bağlaya və ya şifahi
razılaşmaya gələ bilər. Həmin qidalanma obyektinə 40-50 km qalmış qrup rəhbəri tərəfindən buraya
zəng edilir.
Sifarişlə formalaşdırılmış tur zamanı müştərilərin istəyi ilə qida haqqı qida obyektində
müştəri tərəfindən təyin oluna bilər.
2.5.1. TUROPERATORUN NƏQLIYYAT MÜƏSSİSƏLƏRİ ARASINDAKI İŞ BİRLİYİNİ MÜƏYYƏN EDİR
NƏQLİYYAT MÜƏSSİSƏLƏRİ İLƏ İŞ BİRLİYİ
Məlumdur ki, nəqliyyat vasitələri və növləri inkişaf etdikcə turizmdə inkişaf edir.
Turizm sahəsində nəqliyyatla aşağıdakı xidmətlər yerinə yetirilir:
- Göndərmə məntəqəsindən qəbul yerinədək daşıma;
- Transfer;
- Ekskursiya yerinədək və geriyə;
- Əyləncə məqsədilə daşıma.
Nəqliyyat daşımaları üç qrupa bölünür:
- Hava ;
- Quru;
- Dəniz və çay.
Avianəqliyyat
Turizm inkişaf etdikcə turizm şirkətləri aviaşirkətlərin vacib partnyorlarına çevrilir. Belə ki, getmə
turizmdəaviadaşımalar xüsusi yer tutur. Uzaq regionlara turistlərin çatdırılmasıyalnız hava nəqliyyatı
ilə mümkündür. Bununlada qısa müddət ərzində uzaq məsafələrə səfər etmək mümkündür.
Getmə turizmlə fəaliyyət göstərən turoperatorların işi aviaşirkətlərlə sıx əlaqələrin və uzunmüddətli
iş birliyinin olmasını tələb edir. Ölkəmizdə milli aviaşirkət AZAL fəaliyyət göstərir.