TƏLİM NƏTİCƏSİ 2
Turistlərə təklif olunan bu cür mənzillər hər bir şəraitlə təmin olunmalıdır. Otaqların yataq yerlərinin
sayından asılı olaraq bu cür qonaq evlərində yerləşmək turistlər üçün nisbətən ucuz başa gəlir.
Turoperatorlar bir neçə mənzil sahibi ilə razılaşaraq onların mənzillərin turistləri yerləşdirməyi
öhdəsinə götürürlər.
Kənd evləri:
Rayon ərazilərində kənd evlərində turistləri yerləşdirliməsi müxtəlif formada həyata keçirilir.
Evin bir hissəsi ya da bütün ev turistlərin ixtiyarına verilir. Turoperatorun evləri müxtəlif formada
kirayəyə verə bilər.
- Bütün ev mövsüm boyu
- müddətli
- Birdəfəlik kirayə
Hər üç halda komisyon haqqı müxtəlifdir.
2.4.1 TUROPERATORUN QİDALANMA MÜƏSSİSƏLƏRİ İLƏ BAĞLADIĞI MÜQAVİLƏ ŞƏRTLƏRİNİ SAYIR
YEYİNTİ MÜƏSSİSƏLƏRİ İLƏ İŞ BİRLİYİ
Adətən hotel yerləşdirmə xidməti ilə bərabər qidalanma xidmətini də təqdim edir. Turoperator ilə
hotel arasında bağlanmış müqavilələrdə və ya müqaviləyə əlavədə qidalanma xidməti barədə ayrıca
şərtlər verilir. Bunlara aid edilir:
- EP (European plan) -qidasız, yerləşdirmə qiymətinə qidalanma daxil deyil;
- BB (bed & brecfast) - yerləşdirmə və səhər yeməyi;
- HB (halfboard) - yerləşdirmə və iki dəfə yemək ( səhər və axşam / və ya günorta)
- FB (fullboard) - yerləşdirmə və üç dəfə yemək;
- Aİ (allinclusive) - adətən isveç stolu adı ilə
məhdudiyyətsiz qida ilə yerli içki növləri verilir;
- UAI (ultra allinclusive) - hotel restoranlarında heç bir
məhdudiyyət qoyulmadan qida və spirtli içkilər verilir.
Son iki sistem üzrə qidalanma adətən klub hotellərində və
bahalı kurortlarda qəbul olunub.
Adətən müalicə və sağlamlıq, istirahət mərkəzlərində
turistlərin üç dəfə qidalanması nəzərdə tutulur.