TƏLİM NƏTİCƏSİ 2
Turizmin növləri
Dünya təcrübəsində yüksək gəlir əldə etmək potensialına malik olan turizm məhsulları və
xidmətləri daim diqqət və istehlakçı istəklərinə uyğunlaşma tələb edir. Azərbaycan Respublikasında
turizm məhsulunun inkişafı üçün özəl təşəbbüslərin dəstəklənməsi, yerli və regional səviyyədə
əlverişli koordinasiyanın qurulması, bütün diqqətin istehlakçının tələbinə yönəldilməsi,
məhsulun inkişafında regional və tematik hədəfin gücləndirilməsi, həmçinin maraqlı və cəlbedici
məhsulların bir-biri ilə əlaqələndirilməsi vacib məqamlardandır. Ümumiyyətlə, Azərbaycanın bir
çox turizm növləri üzrə potensialı vardır və həmin potensialın reallaşdırılması üçün dövlətin, eləcə
də özəl sektorun davamlı dəstəyi vacib faktorlardandır. ÜTT - nin metodologiyasına görə turizm
məqsədindən asılı olaraq aşağıdakı kimi təsniflənir:
- istirahət, rekreasiya
- tanış və qohumların ziyarəti
- işgüzar və peşəkar məqsədlər
- müalicə
- dini ziyarətlər
- və digər məqsədlər.
Bu məqsədlərlə turizmin növləri ayırd edilir:
- Ekskursiya - dərketmə turizmi.
- Rekreasiya turizmi.
- İdman turizmi
- Müalicəvi turizm
- Ovculuq və balıqçılıq turizmi
- Etnik-nostalji turizmi
- İşgüzar turizm
- Konqres turzim
- Tədris turizmi
- Dini turzim
- Hadisə turizmi
- Ekoloji turizm
- Macera və ekstremal turizm
- Tematik turizm
- Kruizlər və s.