TƏLİM NƏTİCƏSİ 2
“Turizm məhsullarının satışında vasitəçiləri seçir.”
1) Turoperatorlar agentlikləri hansı üsullarla şəbəkəyə cəlb edirlər?
2) İntensiv strategiya hansı turların satışı zamanı daha çox istifadə olunur?
3) Turopertorların tələblərinə maksimal cavab verən agentliklərin seçilməsi hansı strategiya sayılır?
4) Ekskulzivstartegiyada agentliklərə verilən imtiyazları sadalayın.
2.1.1. TUROPERATORUN ƏSAS FUNKSİYALARINI SADALAYIR
TUROPERATOR VƏ ONUN ƏSAS VƏZİFƏLƏRİ
Turoperator turizm bazarının əsas subyektlərindən biridir. O, kommersiya məqsədləri ilə turizm məhsulunun planlaşdırılması, işlənib hazırlanması, hərəkətə gətirilməsi və satışını həyata keçirir.
Bu vəzifələri həyata keçirmək üçün turoperator müəyyən işləri yerinə yetirməlidir. Bu işlər turopeatorun əsas funksiyalarıdır:
- Müştərilərin turlara və turizm proqramlarına tələbatının öyrənilməsi;
- Perspektiv xidmət proqramlarının hazırlanması və onların turistlərin tələbatına uyğunluğunu
öyrənmək məqsədilə sınaqdan keçirlməsi;
- Xidmət təklif edən müəssisələrlə müqavilələr əsasında əməkdaşlıq;
- Turların qiymətinin bazar şəraiti nəzərə alınmaqla müəyyən edilməsi;
- Turistlərin reklam məmulatları və inventarla təchiz edilməsi;
- Turistlərlə birbaşa əlaqədə olan marşrutlarda iş görən kadrların hazırlanması, seçilməsi və təyin edilməsi;
- Turməhsulun istehlakçıya çatdırılması üçün reklam-informasiya fəaliyyəti
- Məhsulun birbaşa və ya agentlər vasitəsilə satışının təşkili;
- Xidmətin keyfiyyətinə və məhsula uyğunluğuna nəzarət etmək;
- Xidmət zamanı turistlərə daimi operativ əlaqə yaratmaq, ortaya çıxan məsələləri həll etmək.
Turoperator bu funksiyaları vaxtında keyfiyyətli yerinə yetirilməsi iki əsas məqsədin həyata keçirilməsinə şərait yaradır:
- İnsanlara keyfiyyətli xidmət göstərməklə onların istirahətdən razı qaldığını bilmək.
- Yerinə yetirilmiş keyfiyyətli iş müqabilində mənfəət əldə etmək.