TƏLİM NƏTİCƏSİ 1
Turoperator tərəfindən turagentə ödənilən komisyonun ölçüsü aralarında bağlanmış müqavilədə
əks olunur. Mükafatlandırma müxtəlif cür ola bilər:
- mükafat konkret rəqəmlə göstərilən bilər.
- “dəyişkən” komisyon mükafatı.
Mükafatlandırma sistemi bağlanmış müqavilə şərtlərinə uyğun həyata keçirilməlidir.
1.6. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
|
|
- Turizm agentliyinin rəhbərliyi ilə görüş.
- Qruplara ayrılın və turizm firmasının iş fəaliyyəti ilə ümumi tanış olun.
- Turizm formaları və növləri üzrə iş fəaliyyəti ilə tanışlıq.
- Turizm firması yaratmağın ilkin şərtləri sxemlə izah edin
- Turoperatorlaturagentin oxşar və fəqli vəzifələrini sxemlə izah edin:
- Qruplarla iş. Ofisin işə hazırlanması və təşkili ilə tanışlıq.
- Düşünün ofis açırsınız, sizcə daha çox müştəri cəlb etmək üçün ofisin yeri və dizaynı nece olmalıdır?
- Qruplara ayrılın və ofisdə texniki vasitələrlə işləyin ( kompüter, telefon, faks, sürətçıxarma)
- Azərbaycanın turizm bölgələri haqqında internetdən ümumi məlumat toplayın.
- Qruplara iş. Agentliyin daxili turizm departamentinin fəaliyyəti ilə tanışlıq.
- Turizm bazarında tələbin öyrənilməsi.