TƏLİM NƏTİCƏSİ 1
1.5.1. TURİZM MƏHSULLARININ SATIŞINDA VASİTƏÇİLƏRİ SAYIR
VASİTƏÇİLƏRİN SEÇİLMƏSİ
Turopertorlar öz məhsulunu daha çox satmaq və daha geniş ərazini əhatə etmək, yeni məhsulu
bazarda yaymaq, satış zamanı keyfiyyətli xidmətin olması məqsədilə agentliklərin müxtəlif üsulla
cəlb edilməsinə çalışırlar. Bunlara bir neçə üsulu nümunə göstərmək olar:
- İntensiv strategiya zamanı şəbəkəyə daha çox miqdarda agentlik cəlb etməkdir. Bu məhsulun
satışı üçün yüksək səviyyəli satış menecerlərə ehtiyac duyulmur.
- Selektiv strategiya agentliklər arasında müsabiqə keçirməklə operatorun tələblərinə
maksimal cavab verən agentliklərin seçilməsi baş verir. Belə halda satış üçün daha təcrübəli
menecerlər, sənədləşmədə xüsusi diqqət tələb olunur.
- Eksklyuziv strategiya bu zaman yüksək tələblərə cavab verən agentlər seçilir və bu agentliklərə
xüsusi intizamlar verilir:
- Müəyyən ərazidə məhsulun satışı üzrə xüsusi hüququn verilməsi;
- Məhsulu daha aşağı qiymətlə satması;
- Yüksək komisyon mükafatın verilməsi;
- Yeni məhsulun satışının tapşırılması;