GİRİŞ
Müştəri narazıdırsa və şikayət edirsə nə etməlisiniz? Müştəri loyallığını qazanmaq çox çətin məsələdir, amma müştərini itirmək an məsələsidir. Müştərini sakitləşdirmək üçün ona şəfqət göstərmək və onunla razılaşmaya gəlmək lazımdır. Heç vaxt qonağa əsəbləşməməli, mübahisə etməməliyik,özümüzü qonağın yerinə qoymalı,onu başa düşməliyik və müştəridən üzr istəməliyik. Mümkün qədər əlavə xidmətlər göstərməli və həmin xidmətləri tez həll etməliyik.
Qonaqlarla bağlı hər bir məlumat məxfi qalmalıdır və otel bu məlumatların qorunmasını yerinə yetirməyə çalışmalıdır.