GİRİŞ
Biz bu tədris vəsaitində konsyerj haqqında ümumi biliklər, onun vəzifə öhdəlikləri, hansı standartlar çərçivəsində işləməli olduğu, konsyerjin qarşısına qoyulan tələblər, təşkil etdiyi xidmətlər, qonağın qarşılanması, davranış qaydaları, problemlərin aradan qaldırılması, empatiya nümayişi, məlumatların mühafizəsi və s. kimi mövzular əhatələnmişdir.
Fransa da otellərdə ilk olaraq verilməyə başlayan konsyerj xidməti, daha sonra yayılaraq dünya miqyasında verilən bütün xidmətlərin bir başlıq altında toplanması olaraq bilinməktədir. Konsyerjlərin peşəkar təşkilatı mövcuddur - U.P.P.G.H. (Union Professionalle des Portiers des Grand Hotels). Bu təşkilat adətən «Qızıl açarlar» (« Les Clefs d’or») adlanır. Konsyerjlərin uniformasında bu nişan-qızıl açarlar çarpaz şəkildə ilmədə vurulub. Bu təşkilatın 24 ölkədə dörd mindən çox üzvü var. Konsyerj Ön Büro (Front Office) departmanına bağlı olaraq işləyir. Qonaqlara xidmət göstərən bu bölməyə bellboy, şvesar (qapıçı), wardobe keeper (qarderobçu), lift boy kimi işçilər də daxildir. Tabeliyində işləyən üniformalı personala, qonaqlara keyfiyyətli xidmət verməyi öyrədir və onların işləmə proqramlarını hazırlayır. Qonağa göstərilən xidmətlər əsas və əlavə xidmətlərə bölünür. Əsas və əlavə xidmətlər mehmanxananın dərəcəsindən asılı olaraq müxtəlif ola bilər. Əlavə xidmətlər qonaqların tələbatını ödəməli və mehmanxanaya əlavə gəlir gətirməlidir. Müasir dövr inkişaf etdikcə konsiyerj xidmətlərinə tələb artır və konsyerj xidmətləri yenilənir. Konsyerj xidmətlərinin sonu yoxdur. Qonaqların ehtiyacı olan hər şeylə onları təmin etmək, ən doğru yerlərə yönləndirmək, ən doğru məlumatı verə bilmək konsyerjin vəzifəsidir. Konsyerj qonaqların nə istədiyinidə bilməlidir. O, çalışmalıdır ki, xidmətləri təhlükəsiz və ən qısa zamanda yerinə yetirsin. Qonaqları qarşılamaq və onların ehtiyaclarının qeydinə qalmaq üçün qonağa xidmət keyfiyyətinin standartlarını bilməlidir.
Konsyerj səliqəli xarici görünüşə malik olmalı, iş yerini səliqəli saxlamalı, əməyin mühafizəsinə riayət etməlidir. Konsyerj mehmanxanada avtomatik idarəçilik sistemini bilməlidir. Mehmanxanalarda bütün bölmələrin və xidmət sahələrinin iş rejimini, o cümlədən restoranı, nömrə fondunu, qeyri yaşayış sahələrinin təchizatını və avadanlıqları bilməli, gələn qonaqlara vaxtında və doğru məlumat verməlidir. O, təkcə otel yox, şəhər haqqında da, məlumatlı olmalıdır.
Yüksək dərəcəli hotellərdə əlavə xidmətlərin təşkilini konsyerj yerinə yetirir, aşağı dərəcəli hotellərdə isə konsyerj olmadığından inzibatçı yerinə yetirir. İnzibatçı əlavə xidmətləri qonaqlara nəzakət və ehtiramla təqdim etməyi bacarmalıdır. Ön büro əməkdaşları, otaq qiymətinə daxil olmayan, digər hotel xidmətlərini satmaqda da maraqlı olmalıdır. Konsyerj tədbir və mərasimləri, müxtəlif ekskursiyaları təşkil edə bilməlidir.