TƏLİM NƏTİCƏSİ 3
• Məlumatları kimlərdən qorumalıyıq müzakirə edərək, ortaq nəticəyə gəlin.
3.8. QİYMƏTLƏNDİRMƏ
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Qonağın qarşılanmasını və davranış qaydalarını müəyyən edir.”
• Qonağı qarşılayan zaman necə
davranmalıyıq?
• Qonaqları daha asan başa düşməyin hansı yolları var?
• Konsyerjin nitq mədəniyyəti necə olmalıdır?
• Müştərilərlə ünsiyyət zamanı yerinə yetirəcəyimiz qaydalar hansılardır?
• Qonaqlarla ünsiyyət zamanı vacib olan qonaqpərvərlik ifadələri hansılardır?
“Qonaq problemlərinin aradan qaldırılması və fəal dinləmə bacarıqlarından istifadə edir”
• Müştəri şikayəti nədir?
• Müştəri narazıdırsa və şikayət edirsə nə etməlisiniz?
• Əks davranış qaydaları hansılardır?
• Qonaq şikayətlərində hansı ifadələri istifadə etməməliyik?
• Fəal dinləmə bacarıqları hansılardır?
“Şikayət edənlərə qarşı empatiya nümayiş etdirir.”
• Empatiya nədir?
• Hissi empatiya nədir?
• İdrak empatiyası nədir?
• Simpatiya nədir?
• Empatinin əsas müsbət xüsusiyyəti nədir?
• Empatiya ilə dinləmək üçün hansı addımlar var?
• Nə üçün empatiyanın konsyerj heyətinin üzvlərində olması vacibdir?
“Kənar şəxslərlə əlaqəli prosedurları yerinə yetirir.”
• Kənar şəxslərə tədbir görməklə bağlı hansı təlimatlar var?
• Kənar şəxs müəyyən etdiysək bu barədə kimə məlumat verməliyik?
• Tanimadiğiniz hər hansı şəxs sizə hədə-qorxu gəldikdə və ya təzyiq göstərdikdə bu zaman nə etməliyik?
• Mənfi reputasiyalı olmasından şübhələdiyi şəxsi özü ilə otelə gətirərsə, hansı prosedurlar tətbiq edilər?