TƏLİM NƏTİCƏSİ 3
• Fəaliyyətdə 4 qrup iştirak edəcək. Qrup üzvləri qonaq məmnuniyyətinin
artırılması yollarını araşdırın, nəticələri sonda müzakirə edərək qiymətləndirin.
• Fəaliyyətdə 3 qrup iştirak edəcək. 2 qrup üzvləri şikayətdə empati
göstərməklə bağlı rollu oyun hazırlasın, 3-cü qrup isə müşahidəçi kimi çıxış etsin. Sonda 3-cü qrup öz
təklif və iradlarını bildirsin.
• Verilən sualları cavablandırın. Qrup üzvləri öz fikirlərini qeyd etsin
a) Kimsə qəmgin olarsa, bunu siz necə müəyyən edərsiniz?
b) Siz həmin qəmgin insana necə yardım edərsiniz?
• Kənar şəxslərlə bağlı prosedurları rollu oyun hazırlayaraq nümayiş etdirin.
• Personalı kənar şəxslər barədə məlumatlandırmağın yollarını tapın.
• Oteldə qonaq və ya ziyarətçini tanımadığınız halda konsyerj heyətinin üzvü kimi hansı addımı atmalı olduğunuzu müəyyənləşdirin.
• Kənar şəxslə qarşılaşdıqda necə təmkinli olmağınızı nümayiş etdirin.
• İşin yaxşı alınması üçün məsləhətlər nə dərəcədə vacibdir. Nümunələr gətirərək məsələni aydınlaşdırın.
• Otel qonaqlarının növlərini izah edin.
• Qonaqların ehtiyaclarının qarşılanmasını müəyyən edin.
• Otelin təhlükəsizlik bölməsinin mahiyyətini izah edin.
• Məlumatların məxfi saxlanılması prosedurlarını araşdırın.
• Kartların oğurlanması hallarının qarşısını almaq üçün olan təcrübələri
məruzə edin.