TƏLİM NƏTİCƏSİ 3
Bir çox otellərdə oğurluğun sayını azaltmaq və
ya qarşısını almaq məqsədilə qonaqların qiymətli əşyalarını saxladığı seyfdən başqa hər qonaq otağında
seyf qoyulur. Bu seyfdən mürəkkəb sistemli müxtəlif kilidlərdən istifadə olunur.
Konsyerj qonaqlarla bağlı çoxsaylı məlumatlarla qarşılaşacaq, qonaqların şəxsi həyatına və məxfiliyinə
hörmətlə yanaşması vacibdir.
Məlumatların məxfi saxlanılması ilə bağlı bir neçə məsləhət verilmişdir.
• Otellər məxfiliklə bağlı səmərəli prinsiplər, o cümlədən məlumatlardan
sosial media üçün istifadə ilə bağlı prinsiplər işləyib hazırlamalı, həyata keçirməli və onlara riayət
etməli və görülən tədbirlərin səmərəliliyini şişirtməmək üçün ehtiyatlı olmalıdırlar. Yadda saxlayın ki,
heç bir sistem tamamilə təhlükəsiz ola bilməz.
• Daxili rabitə və məlumatlar üçün, həssas məlumatlar mürəkkəb parollarla
qorunmalı və parollar vaxtaşırı olaraq dəyişdirilməlidir.
• Kompüter məlumatları ilə yanaşı, telefon danışıqları yalnız qonaqların
maraqları baxımından qeydə alınmalıdır.
• İşçilər arasında qonaqla bağlı hallar müzakirə edilməməlidir və
qonaqlarla bağlı məlumatlarla
davranmaq üsullarına həsr olunmuş müvafiq təlim bu məqsədə çatmağa kömək edəcək.
• Konsyerj heyəti məlumatların saxlanması üçün şifrələmə metodundan
istifadə etməli və kredit kartı ilə bağlı və həssas məlumatların qəbul edilməsi və ya göndərilməsi üçün
əlaqələri mühafizə etməlidir.
• Operator və sahibkarlar həssas məlumatları mümkün qədər az kompüter və
ya serverdə saxlamalı, onları ayırmalıdır-malumatların nə qədər az surətdə olarsa, onları mühafizə etmək
bir o qədər də asan olar.
• Otellər operatorları potensial həssas məlumatların qeydiyyatını
aparmalı və belə məlumatların hansı kompüter, server və dizüstü kompüterlərdə qorunub saxlandıqlarını
sənədləşdirməlidir.
Kredit kartı oğurlanması hallarının azaldılması məqsədilə ən yaxşı təcrübələr həyata keçirilməlidir. Bu
təcrübələr aşağıdakılardır:
➤ Kredit kartındakı məlumatları kağız daşıyıcıya köçürtməyin.
➤ Əmlakın idarə olunması sisteminin kredit kartı məlumatlarının
tamını göstərmədiyinə əmin olun. Son 4 rəqəmin göstərilməsi bütün adi əməliyyatlar üçün kifayətdir.
➤ Qeydlərin saxlanmasını mərkəzləşdirin. Bütün qonaq kredit
kartları məlumatlarını bir təhlükəsiz yerdə saxlayın.
➤ Kredit kart məlumatları üçün faks avadanlıqlarından istifadənin
qarşısını alın. Yalnız təhlükəsiz, parolla mühafizə olunan komputerlə giriş mümkün olan e-faks
proqramından istifadə edin.