TƏLİM NƏTİCƏSİ 3
Otel çalışmalıdır ki, hər bir qonağın istəklərini, tez bir zamanda, gecikdirmədən, istəklərə uyğun yerinə yetirsin.
3.6.1 MƏLUMATLARIN MÜHAFİZƏ OLUNMASI PROSEDURLARINI TƏTBİQ EDİR
MƏLUMATLARIN MÜHAFİZƏ OLUNMASI
Oteli və qonaqları oğrulardan, dələduzlardan, zorakılıqdan qorumaq məqsədilə mehmanxana sahibi və əməkdaşları qanun üzrə zəruri ehtiyyat tədbirləri görməlidirlər. Qonağın oteldə yaşadığı müddətdə ona dəymiş ziyana görə mehmanxana məsuliyyət daşıyır. Mehmanxanada baş verən xoşa gəlməz hadisələr (oğurluq, dələduzluq, zorakılıq və s.) ona nəinki maddi ziyan vurur, həmçinin nüfuzuna xələl gətirir. Buna görə mehmanxananın təhlükəsizlik şöbəsi aşağıdakı məsələlərlə məşğul olur:
- fövqəladə vəziyyət yaranarsa, buna cavab olaraq prosedurları işləyib hazırlamaq;
- nömrələrin gündəlik təhlükəsizliyini yoxlamaqla nömrələrin və digər obyektlərin açarların
nəzarətə götürməklə, kilidlərə nəzarət etməklə oğurluğun qarşısını almaq;
- otelin binasına girən yolları nəzarətdə saxlamaq;
- mehmanxanada həyəcan-xəbərdarlıq (siqnalizasiya) sisteminin zəruriliyini təmin etmək;
- otelin ərazisini nəzarətdə saxlamaq;
- otelin bayır tərəfdən işıqlandırılması;
- telemonitor vasitəsilə müşahidə sistemi aparmalıdır;
- mehmanxanada oda davamlı şkaflar və seyflər olmalıdır;
- məlumatların mühafizəsini və qorunmasını təmin etməlidir.
Televizor monitorları vasitəsilə müşahidə aparılması nömrələrdə oğurluğun və oteldə qonaqlara
qarşı zorakılığın sayını azaldıb. Gizli kameralar mehmanxananın dəhlizində, vestibülündə, kassirin
işlədiyi yerdə, mərtəbələrdə və.s yerlərdə qoyulur.