TƏLİM NƏTİCƏSİ 3
√ Baxıcı xidmətləri
√ Yaşlı valideynlərlə səyahət halında əlavə qayğı
√ Əyləncə parkları, zooparklar, şəhər turları, çimərlik fəaliyyətləri kimi
əyləncəli yerlərlə bağlı tövsiyələr
Yerli turistlər
Onlar xüsusi bir gün münasibətilə və ya xüsusi bir funksiya üçün oteldə qalan yerli sakinlərdir.
Xüsusi ilə mühüm şəxslər (VİP-lər)
Əksəriyyəti məşhurlar, tez-tez gələn qonaqlar, bahalı nömrələrdə qalan qonaqlar, təhlükəsizliyilə bağlı risklərin mövcud olduğu qonaqlar və şirkət rəhbərləri təşkil edir.
Resepşna ünvanlanan istəklər:
a) Oteldə mövcud xidmətlər
b) Oteldən kənar xidmətlər
Qonaqlar bizdən otel məlumatları ilə yanaşı, yerli məlumatlar da istəyə bilərlər. Məsələn.
- Yerli nəqliyyat haqqında məlumat
- Yerli mağazalar
- Görməli yerlər
- Yerli restoran və pablar
- Yerli bazarlar, festivallar və digər tədbirlər
- Qolf meydançaları və idman obyektləri
- Gəzmək üçün açıq meydanlar və yerlər
- Yerli polis və digər ictimai xidmətlər
- Kilsələr və digər ibadət yerləri
İşin yaxşı alınması üçün məsləhətlər
- Əgər qonağın sorğusunun cavabını bilmirsinizsə-təşvişə düşməyin!
- Müştəriyə bunu bilmədiyinizi nəzakətlə söyləyin və deyin ki, sualı ola
bilsin bu barədə daha yaxşı məlumatı olan növbə rəisinə və ya növbətçi qapıçıya ünvanlayacaq, ya da
özünüz öyrənməyə çalışacaqsınız.
- Təxmini cavab verməyin və qonağa yanlış məlumat verməklə risk etməyin!
İstəkləri qeyd etmək lazımdır, belə ki, istəklərin sayı çox olarsa, onlardan birini asanlıqla unuda
bilərik!