TƏLİM NƏTİCƏSİ 3
- Tanımadığınız hər hansı şəxs sizə hədə-qorxu gəldikdə və ya təzyiq
göstərdikdə, dərhal ərazini tərk edin və nəzarətçi və ya təhlükəsizlik işçisinə məlumat verin. Sizin
təhlükəsizliyiniz çox vacibdir.
- Ayıq-sayıq olun. Otaqlar və ümumi istifadə üçün nəzərdə tutulmuş
sahələrdə ətrafa nəzarət
yetirin. Ön qapıdan kimin və nəyin gəldiyinə diqqət yetirin. Əgər kimsə vestibüldə veyillənərsə və
anidən digər sahəyə keçərsə,onda nəyin baş verdiyinə diqqət yetirin və şübhələnəcəyiniz təqdirdə menecer
və ya nəzarətçinizi xəbərdar edin.
- Əgər sizdə bina və ya seyfə açarlar və ya giriş kartı varsa, onları
qeydiyyat masasında nəzarətsiz
qoymayın, ya da kiməsə tapşırın.
- Əgər qeydiyyat masasında nağd pul saxlanılırsa, onda onu gözdən uzaq
tutun və kilidləyin.
3.5.1 OTEL QONAQLARININ NÖVLƏRİNƏ UYĞUN OLAN TƏLƏBLƏRİN QARŞILANMASINI TƏMİN EDİR
OTEL QONAQLARININ EHTİYACLARI
Otelə gələn qonaqlar müxtəlifdir. Qonaqlar irqinə, cinsinə, xüsusiyyətinə və istəklərinə görə
fərqlənirlər. Gələn qonaqları bu cür qruplaşdırmaq olar:
İstirahət məqsədilə səyahət edənlər
İstirahət, bayırda əyləncə, dostlara və qohumlara baş çəkmək, yaxud idman və ya mədəniyyət tədbirlərinə
qatılmaq üçün səyahət edən fərdlərdir.
Ehtiyacları:
√ Qonaq alış-veriş mərkəzləri, outlet mağazalar, qalereyalar, şəhər
xəritələri, qonşuluqdakı ərazi haqqında məlumatla maraqlanır.
√ Endirim saatları/axşam çayı və s. ilə maraqlanır.
√ Restoranların qeyri-adi/ xüsusi tövsiyələri
√ Daha çox baqaj yeri, asqı, vanna otağı aksessuarları və s. tələb edir.
√ Üzgüçülük hovuzu və oteldəki digər istirahət fəaliyyətləri
Tək səyahət edən azad turistlər (FİTLƏR)
Bəzən onlar, “tək səyahət edən əcnəbi turist” adlandırılırlar. Onlar öz yataq yerlərini özləri satın
alan, səyahətləri ilə bağlı bütün təşkilatı işləri özləri yerinə yetirən beynəlxalq turistlərdir.
Biznes turistləri
Onlar tez-tez təkrarlanan otel rezervasiyaları adətən şirkətlər tərəfindən güzəştli qiymətlərlə yerinə
yetirilən fərdlərdir. Onlar bizneslə məşğul olmaq, işgüzar görüşlərə va ya seminarlara qatılmaq,
məhsulların alışı və ya satışı ilə məşğul olmaq üçün səyahət edirlər.