TƏLİM NƏTİCƏSİ 2
Tematik ekskursiyalar bir neçə qrupa bölünə bilər.
√ Tarixi
√ İstehsalat və iqtisadiyyat
√ Təbiətşünaslıq
√ Ədəbiyyat
√ Memarlıq–şəhərsalma
Ekskursiya hazırlanması 2 məhələdən ibarətdir.
- Ekskursiya mövzusunun hazırlanması
- Verilmiş mövzu üzrə ekskursiya aparılmasına rəhbərin hazırlanması
Ekskursiyanın hazırlanması zamanı lazımi material toplandıqdan və göstəriləcək obyektlər
müəyyənləşdikdən sonra, mətn tərtib olunur və metodik hazırlıq görülür. Daha sonra ekskursiyanın
marşrutu və quruluşu işlənib hazırlanır.
Ekskursiyanın hazırlanmasının mərhələləri:
- Ekskursiyanın məqsədini müəyyənləşdirmək
- Mövzunu seçmək
- Seçilmiş mövzuya aid ədəbiyyat siyahısını tərtib etmək və obyektləri öyrənmək
- Ekskursiya marşrutunu tərtib etmək
- Ekskursiya mətnini hazırlamaq