TƏLİM NƏTİCƏSİ 2
- Aparıcının giriş mətni və qonaqların salamlanması;
- Tədbirlə bağlı bütün detallar və cəlb edilmiş texniki imkanlar.
Adətən ssenarilər 3 əsas tipə ayrılır:
- Ənənəvi ssenari (daha əvvəllər yazılmış və üzərində dəyişiklik edilən);
- Qənaətcil ssenari (qısa və ümumi);
- Fərdi ssenari (yeni konsepsiya üzrə ssenari yazılması).
Bu tədbirlərin hər biri müxtəlif növ hazırlanma çətinliyinə malikdir.
Bütün tədbirlər üçün vacib məqamlardan biri də onun ssenarisinin rejissorluğudur. Bu adətən ciddi əhəmiyyətli foto və video çəkilişin nəzərdə tutulduğu tədbirlərdə önə çıxır. Bu tədbirlər sırasında toy, nişan, yubiley, təqdimat, korporativ, PR-tədbir kimiləri misal göstərmək olar.
2.4.1 TƏDBİR VƏ MƏRASİMLƏRİN KEÇİRİLƏCƏYİ MƏKANLARI MÜƏYYƏN EDİR
TƏDBİRİN KEÇİRİLƏCƏYİ MƏKANLARIN SEÇİLMƏSİ
Tədbir təşkilatçısı müştərinin istəyinə əsasən hazırlanmış ssenariyə uyğun olaraq tədbirin keçiriləcəyi məkanı seçir. Tədbirin mövzusundan və növündən asılı olaraq məkanlar qapalı və açıq formada ola bilər. Tədbirin keçiriləcəyi
məkanlar
aşağıdakılar ola bilər:
- Restoranlar və şadlıq sarayları;
- Konfrans zalları;
- Otel ərazisində tədbir üçün nəzərdə tutulmuş
məkanlar;
- Konsert və tədbirlər üçün nəzərdə tutulmuş zallar;
- Şəhər ətrafı bağ evləri;
- Stadionlar və idman zalları;
- Daşına bilən tentlə;
- Açıq hava məkanları;
- Avtosalon və digər şirkətlərin öz məkanları və s.
Tədbir məkanı seçilərkən bir neçə faktorlar nəzərə alınmalıdır:
- Qonaqların sayı;
- Tədbirin keçiriləcəyi gün gözlənilən hava şəraiti;
- Tədbirin məqsədi;
- Tədbirə cəlb ediləcək sponsorlar (Bu məkan onların statusuna uyğun olmalıdır);