TƏLİM NƏTİCƏSİ 2
İnzibatçı əlavə xidmətləri qonaqlara nəzakət və ehtiramla təqdim etməyi bacarmalıdır. Ön büro əməkdaşları, otaq qiymətinə daxil olmayan, digər hotel xidmətlərini satmaqda da maraqlı olmalıdır. Qonaqlara, nömrənin qiymətinə daxil olmayan xidmətlər və bu xidmətlərdən necə istifadə edə biləcəkləri ilə əlaqədar qısa məlumatlar verilməlidir.
Mehmanxananın dərəcəsindən asılı olaraq, qonaqlara xidmət göstərmək üçün valyuta dəyişmə məntəqəsi, gül, suvenir, aptek, qəzet-jurnal, kitab köşkləri fəaliyyət göstərir.
Nəqliyyat xidməti mehmanxanada xidmətin əsas növlərindən biridir.
- İnzibatçı qonağa təyyarə, dəmiryolu, avtobus və digər nəqliyyat növlərinin hərəkət cədvəli barədə məlumat verir və biletləri təşkil edir. Bundan başqa, o taksi sifariş edə bilər və ya sifarişə əsasən qonaqların qarşılanması üçün nəqliyyat təşkil edə bilər. Bu, mehmanxananın öz nəqliyyatı və ya şəhər nəqliyyatı ola bilər.
Qonaq nəqliyyatı əvvəlcədən sifariş etməli və ya ləğv olunarsa 3 saat əvvəl inzibatçıya məlumat verməlidir.
- Bu xidmətlərdən əlavə inzibatçı çamaşırxana xidmətlərinin icrası üçün sifarişdə qəbul edir.
- İnzibatçı mehmanxanada fəaliyyət göstərən biznes mərkəzinin xidmətlərini qonaqlara təşkil edir. Bunlar surətçıxarma aparatı, kompyuter, internetdən istifadə, faks, tərcümə xidmətləri və s. xidmətlərdən ibarətdir.
- İnzibatçı qonağın sifarişi ilə bar və ya restoranla əlaqə saxlayır, qonaqların sayı, gəlmə vaxtı, ödəniş forması və s. barədə restoran inzibatçısına məlumat verir.
- İnzibatçı qonağın istəyi ilə mehmanxananın daxili və xaricində bir sıra əşyaları təşkil edir və məsləhət verir.
- Qonağa göstərilən xidmətin bir növü də, onun xahişi ilə təyin etdiyi vaxtda yuxudan oyatmaqdır. Ön büroda işləyən personal, iş prosesində biri digərini əvəz etməyi bacarmalıdır. Bu sistem şöbənin əməkdaşlarının birlik, bacarıq və vərdişlərini təkmilləşdirir, peşəkarlığını artırır, xidmətin keyfiyyətini yüksəldir və müştərinin vaxtına qənaət olunur.