TƏLİM NƏTİCƏSİ 2
2.1.1 KONSYERJİN GÖSTƏRDİYİ XİDMƏTLƏRİ YERİNƏ YETİRİR
KONSYERJ XİDMƏTLƏRİNİN TƏŞKİL EDİLMƏSİ
Qonağa göstərilən xidmətlər əsas və əlavə xidmətlərə bölünür. Əsas və əlavə xidmətlər
mehmanxananın dərəcəsindən asılı olaraq müxtəlif ola bilər. Əlavə xidmətlər qonaqların tələbatını
ödəməli və mehmanxanaya əlavə gəlir gətirməlidir.
1. Qonaqlara əsas xidmətlərin təşkili
• Nəzakətlə qonağa mehmanxanada göstərilən əsas xidmətlər barədə məlumat vermək.
• Qonaqların şəxsi arzu və istəklərini nəzərə alıb əsas xidmətlər göstərmək.
• Qonağın qiymətli zinət əşyalarını, pulunu, lazım gələrsə saxlamaq və qəbul edib
rəsmiləşdirmək.
2. Qonaqlara əlavə xidmətlərin təşkili
• Qonağın əlavə xidmətlərə tələbatını nəzakətlə öyrənmək.
• Qonağa mehmanxanada göstərilən əlavə xidmətlər və qiymətləri barədə məlumat vermək.
• Qonağın arzusu ilə əlavə xidmətləri təşkil etmək.
Xidmətləri təqdim edərkən iki üsul istifadə edilə bilər :
1. “Top-down”
2. “Bottom-up”
Top-down üsulunda qonağa bahalı xidmətlər təklif olunur və ucuz xidmətə doğru istiqamətlənir. Bu
üsul qiymətdən çox komfort və xidmətin keyfiyyəti ilə maraqlanan qonaqlar üçündür.
Bottom-up üsulu isə ən ucuz xidmətdən başlayır və qonağa daha bahalı xidmət təklif olunur. Bu üsul
xidmətdən çox qiymət ilə maraqlanan qonaqlar üçündür.
Konsyerj xidmətləri
Konsyerj ev təmizliyi xidməti, səyahət danışmanlığı və yönləndirmə xidmətləri, özəl günlərimiz üçün organizasyonlar, vaxtında və tez bir zamanda çatan kuryer xidmətləri, çilingər xidmətləri, təhlükəsizliyin təşkili, limuzin servisi, otel rezervasiyası, biletlerin sifarişi, asistanlıq xidməti, müxtəlif orqanizasyon xidmətləri, açılış və dəvət, toy orqanizasyonu, kokteyl və parti, restoran rezervasiyası, ad günü orqanizasyonu, mənzil kiralanması, valet parking, lüks maşın kiralama, segway kiralama, shuttle transfer və s. kimi xidmətləri təşkil etməkdədir.