TƏLİM NƏTİCƏSİ 1
Bellboylar bütün bu işlərdən məharətlə gəlməyə çalışmalı və qonaqları gülərüznən yola salmağı bacarmalıdırlar.
Wardobe keeper (qarderobçu) - mehmanxanaya, restorana gələn və oteldə yaşayan qonaqlara xidmət göstərərkən turist paltarlarının və əşyalarının alınıb verilməsini yerinə yetirir. Növbəni təhvil alan qarderobçu, xüsusi jurnalda qeyd olunan bütün əşyaların siyahısını gözdən keçirir, qarderobun avadanlığını, nömrə jetonlarının sazlığını va sayını yoxlayıb təhvil alır. Qarderobçu növbə ərzində iş yerində olmaq, üst paltarların alınıb verilməsində diqqətli və dəqiq olmalıdır və jetonları səhv salmamalıdır. O, bir jetonu qonağa verməli, digərini isə özündə saxlamalıdır. Bu ona görədir ki, üst geyimlərin verilməsi zamanı səhvlərə yol verilməsin.
Qarderobçunun iş yeri, stol, stul, stellaj, əşyaları saxlamaq üçün şkaf, asılqanlar və s. ilə təchiz olunmalıdır. İş vaxtı qurtarandan sonra qarderobçu iş sahəsini təmizləyir. Qarderobçu “Front Office” şöbəsinə tabedir.
Lift boy - liftin saz işləməsinə və sərnişinlərin liftdən istifadə qaydalarına riayət etməsinə nəzarət etməlidir.
İşə başlayan liftçi ilk növbədə telefon və
qəza siqnalını yoxlayır, sərnişinlər olmadan
lifti hər mərtəbədə saxlayır və bununla da sınaq
yoxlanışını aparır. Liftdə nasazlıq aşkar olunarsa, təcili otelin mexanikinə və inzibatçıya xəbər verilir.
Liftin jurnalında qeyd edilir. Liftin gecə iş rejimi bitəndən sonra, lift aşağı mərtəbədə dayandırılır,
mator söndürülür, şaxta bağlanır və liftçi jurnalda qeydiyyatını aparır. Mehmanxanada liftçinin
göstərdiyi xidmətlər aşağıdakı kimi olmalıdır:
- Liftçi hər bir kabinəni liftin içində olmaqla müşayiət etməlidir
- Liftçi bir neçə liftə xidmət göstərir və bu halda sərnişinlər liftdən müstəqil istifadə edirlər.
Liftçi aşağı mərtəbədə nəzarət yerindən liftlərə nəzarət edir.
- Liftçi qonaqların liftə minməsinə,onların liftdən istifadəsinə yardımçı olur.
Liftə xidmət edən işçi də “Front Office”-ə tabedir.