TƏLİM NƏTİCƏSİ 1
Qapını yarım açaraq otağın uyğun olmasını müəyyən etməlidir. Əgər, otaq uyğunsa qabaqca qonağın girişini gözləməlidir. İçəri girdikdən sonra otağın özəllikləri ilə qonağı məlumatlandırmalıdır. Qonağın hər hansı bir istəyi olub-olmadığını öyrəndikdən sonra nazik bir şəkildə “Xoş istirahətlər arzu edirəm” deyərək otaqdan çıxmalıdır.
Eyni zamanda bellboy otaq dəyişimi zamanı qonaqlara kömək etmək kimi xidmət də göstərir. Qrup girişlərində bellboy baqajların nəqliyyat vasitəsindən endirilməsi resepsiondan aldığı qrup siyahısına görə etiketlərin hazırlanması, əlavə olaraqda baqajların lobidə əvvəlcədən təyin etdiyi yerə qoyulmasını təmin edər.Baqajlara nəzarət və sayım vəzifələrini yerinə yetirər. Lazımi
qeydləri edər, baqajlara etiketləri yapışdırar. Sonra isə otaq nömrələrinə, baqajların çatdırılmasını təmin edər.
Bellboy qonağın yüklərinin daşınmasında iki və ya dörd təkərli fərqli ölçülərdə olan yük arabasından istifadə edir.
Qonaqların çıxışında isə bellboy əlindəki qeydlərə əsasən nömrələrdən baqajları toplayar. Lobidə əvvəldən təyin olunan yerə gətirər, baqaj sayımını edər, əksik və ya artıq olma kimi vəziyyətləri müəyyən edərlər. Bellboylar baqajların sağlıqlı və doğru şəkildə yerləşdirilməsini təmin edir. Eyni zamanda, bellboylar baqaj otağından da cavabdehdilər. Səhər qoyulan, çıxış edəcək qonağın baqaj etiketində qonağın adı yoxsa və sadəcə orda otaq nömrəsi varsa, o otağa yeni gələcək qonaqla qarışdırıla bilər. Bunun əksi də ola bilər. Qonaqlar baqajlarını və ya əşyalarını qoymaq istədiklərində onlara əmanət etiketi verilməli, bu etiketdə qonağın otaq nömrəsi xaricində, qonağın adı da yazılmalıdır.