TƏLİM NƏTİCƏSİ 1
Şvesar(qapıçı)-qalmaq üçün və ya başqa səbəblərdən gələn qonaqları qarşılamaq, yol göstərmək, qonaqların taksi ehtiyaclarını təmin etmək,maşınla gələnlərin maşın qapısını açaraq enməsini təmin etmək, qrup girişlərində maşının park edəcəyi yeri təyin etmək kimi məlumat və bacarıqlara sahib olmalıdır. Yaxşı bir doorman (şvesar) otelin ətafındakı yerləri, istiqamətləri bilməli, lazım olduqda qonaqları istiqamətləndirməlidir. Üzərinə böyük məsuliyyət düşür, çünki mehmanxanaya daxil olan qonaqlarda ilk təəssüratı onlar yaradır. Qonaqları mehmanxanada ilk dəfə qeyri-rəsmi şvesar qarşılayır.
Uniformada vazifəsini yerinə yetirən şvesar təmiz, səliqəli xarici görünüşə malik olmalı, iş yerində siqaret çəkməməlidir. Şvesarın əsas iş yeri mərkəzi qapının giriş yeridir. O, mehmanxanaya daxil olan qonaqların vizit kartını yoxlayır, şəxsi əşyalarını oteldən çıxaran qonaqlardan buraxılış vərəqəsini tələb edir. Şvesar turist qruplarının otelə qəbulu və ya tərk etməsi zamanı holl-un təmizliyinə xüsusi diqqət yetirməlidir. Şvesar otelin holl-unda gəzişən naməlum şəxslərdən kimi gözlədiyini, kömək lazım olduğunu soruşmalıdır. Şvesar oteldə səs-küy salan, yüksək tonla danışan, ədəb qaydalarını pozan müştərilərə xəbərdarlıq etməli, qayda-qanuna dəvət etməli, zərurət yaranarsa təhlükəlisizlik bölməsinə müraciət etməlidir. Axşam vaxtı otelin xarici işıq reklamını və işıqlarını yandırmalıdır. Bu işdə çalışanların adətən
əlavə gəlir mənbəyi olur, qonaqlar onlara peşkəş, pul verirlər. Keçmişdə ABŞ otellərində bu vəzifə atadan oğula keçirdi və hətta bir neçə min dollara satılırdı.
Bellboy - Oteldə qonaqları qarşılama və yola salma, baqajları daşımaq, qonaqları nömrələrinə yerləşdirmək, bu işi yerinə yetirərkən otel və xidmətləri ilə bağlı məlumat vermək, məktubları çatdırmaq onun vəzifələrindəndir.
Yoğun iş şəraitinə, gərgin iş saatlarına uyğunlaşa biləcək, dayanıklı olması lazım olan bellboylar, başda İngiliscə olmaq üzrə ən azı bir xarici dil bilməsi şəraitində zamanla yüksəlmə şansı əldə edə bilərlər.
Bellboy qonağı qarşıladıqdan sonra resepsiona qədər onu müşayiət etməlidir. Bellboy qonağı liftlə müşayiət edəndə lifti çağırmalı, əvvəl qonaq liftə minməlidir.Liftin kabinəsində üzü qonağa tərəf olmalıdır. Qonaqla xoş ünsiyyət qurmalı, hotel haqqında məlumat verməlidir. Otağa daxil olarkən yükləri uyğun yerə qoymalı və ya qonağın göstərdiyi yerə yığmalıdır. Bellboyun vəzifəsi təkcə baqajı qonağın otağına təhlükəsiz daşınması ilə məhdudlaşmır, onlar həm də otağa giriş kartlarını, otaqdakı seyf qutuları kimi təhlükəsizlik qurğularından, eləcə də qəza hallarında əlaqə saxlamaq üçün qaynar xətlərdən, televizordan, otaq xidmətlərindən, mini bardan və s. istifadə ilə bağlı zəruri məlumatları vermək bellboyun vəzifəsidir. O, nömrəni açan zaman qapıya 3 dəfə vurmalı və Bellboy deməlidir.