TƏLİM NƏTİCƏSİ 1
2. Sifarişin dəqiq yerinə yetirilməsi: qonaqlara tam və dəqiq məlumat
verilməli, istəkləri axıra qədər yerinə yetirməlidir.
3. Mehribanlıq və nəzakətlilik: müştəri ilə münasibət qurmaq, onlara
təbəssüm göstərmək lazımdır.
Hər zaman qonağın soyadından əvvəl onun titulunu (cənab, ser, doktor
və s.) demək lazımdır.
4. Qonaqlara qarşı diqqətli olmaq: həddindən artıq diqqətli olmaq
lazımdır.
5. Xarici görünüş standartları: xidmət göstərən personal xarici görünüşünə
fikir verməlidir. Bura personalın təmiz uniforması və səliqəli saç düzümü, şəxsi gigiyenası daxildir.
6. Məlumatın məxfiliyi: qonaqlarla bağlı hər bir məlumat məxfi qalmalıdır.
7. İş haqqında məlumata malik olmaq: hər bir personal işlədiyi
mehmanxananı tanımalı və işi haqqında bütün məlumatlara sahib olmalıdır.
8. Səbirli və təmkinli olmaq: hər bir şikayət və şərhə ədəblə qulaq
asmalı, heç vaxt qonaqla mübahisə etməməlidir.
9. Cavabdehlik: personal mehmanxananın səliqəli və təmiz saxlanılmasına,
yerinə yetird iyi işlərə görə cavabdehdir.
10. Personal sayı: qonaqlara səmərəli və ardıcıl xidmət göstərmək üçün
oteldə mövcud sayda personal olmalıdır.
1.5.1 KONSYEBJİN TABELİYİNDƏ OLAN PERSONALLARIN GÖSTƏRDİYİ XİDMƏTLƏR HAQQINDA DANIŞIR
KONSYERJİN TABELİYİNDƏKİ PERSONALLARIN GÖSTƏRDİYİ XİDMƏTLƏR
Bell Captain (şef concierge)-Otel müdiriyyətinin qoyduğu qaydalara və beynəlxalq standartlara görə lazımlı ən yaxşı xidmətin verilməsindən cavabdehdir. Əmrində işləyən üniformalı personala, qonaqlara keyfiyyətli xidmət verməyi öyrədir və onların işləmə praqramlarını hazırlayır. Qonaq məmnuniyyəti birinci strateji hədəfdir. Bu hədəf əsasında belkaptan, otelin içində və xaricində nəzarətlərini edər və konsiyerj personalının çalışmalarını, üniformalarını, iş saatlarını yoxlayar. Oteldə qonaqları qarşılama və yola salma, baqajları daşımaq, qonaqları nömrələrinə yerləşdirmək, məktubların çatdırılması kimi işləri təşkil etmək, danışmanlıq işlərini yerinə yetirmək və idarə etmək bacarığına sahib, xarici dil biliyi olan şəxsdir. Əlavə olaraq, Bell Captain qonaq əşyalarını müvəqqəti qorumaq, otel girişinin, lobinin, baqaj otağının təmizliyinin və səliqəsinin təmin edilməsindən də cavabdeh olmaq kimi vəzifələri yerinə yetirməlidir.