TƏLİM NƏTİCƏSİ 1
Yerli obyektlər, tədbirlər və hətta nəqliyyatın vəziyyəti, ünvanlar ilə bağlı məsafələr haqqında sualları cavablandırmaq üçün konsyerj heyətinə müraciət edilir. Nəyi və haradan başlamağı bilmək yəni personalda bir qədər çaşqınlıq yarada bilər.
Əgər işdə qarşınızda qonaqların bütün işdən kənar tələbləri haqqında hər şeyi bilmək kimi böyük çətin hədəfləriniz varsa, sizə aşağıdakıları tövsiyə edirik.
1. İlk öncə nəyi etmək işlərin mənzərəsini yaradır və nail olmaq istədiyiniz geniş məqsədləri
müəyyən edirsiniz.
2. Bunları isə məqsədlərinizə nail olmaq üçün nişan almalı olduğunuz kiçik hədəflərə bölün
3. Sizə uğur qazanmaqda kömək edəcək görüləcək işlərin siyahısını yazın.
Nəhayət ən sonda planınız hazır olan kimi, bu məqsədlərə nail olmaq üçün həmin plan üzərində
işləməyə başlayın.Çünki, məqsədimizə nail olan zaman qarşımıza çətinliklər çıxa bilər və biz o
problemləri aşmalıyıq.
Daha geniş məqsədlər
- Mən oteldəki qonaqların maraq dairəsində
olan yerlər haqqında məlumatlı olacağam
Daha kiçik məqsədlər
- Mən şəhərimi gəzəcəyəm
- Mən maraq dairəsində olan yerlər
haqqında qeydlər aparacağam
Görüləcək işlərin siyahısı mənə məqsədlərimə
nail olmaqda yardım edəcək.
- Mən hər həftə ən azı 3 görməli yerlərə baş
çəkəcəyəm.
- Mən orada ziyarətçilərdən əraziyə hansı
səbəblərdən səfər etdiklərini və onunla bağlı nəyi
xoşladıqlarını soruşacağam.
- Mən fotoşəkillər çəkəcəyəm və vacib xüsusiyyətlər jurnalında aşağıdakılarla bağlı qeydlər
aparacağam
✓ Hər fəsil üzrə açılış və bağlanış saatları
✓ Qiymətlər
✓ Endirimlər