“KONSYERJ” MODULUNUN
SPESİFİKASİYASI
Modulun adı: Konsyerj
Modulun kodu: -
Saatlar və kredit: -
Modulun ümumi məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə konsyerjin və onun tabeliyindəki personalın vəzifə öhdəliklərini, qonaqlara xidmət etməyi, qonaqlarla ünsiyyət zamanı peşəkarlıq nümayiş etməyi bacaracaq.
Təlim nəticəsi 1: Konsyerjin və onun tabeliyində olan personalın vəzifə öhdəliklərini bilir.
Qiymətləndirmə meyarları
1. Konsyerj haqqında ilkin məlumatı danışır
2. Konsyerjin vəzifə təlimatlarını və öhdəliklərini sadalayır
3. Konsyerj üzvünün qarşısına qoyulan tələbləri qeyd edir.
4. Konsierjin hansı standartlar çərçəvəsində işləməsini müəyyən edir.
5. Konsyerjin tabeliyində olan personalların göstərdiyi xidmətlər haqqında danışır.
Təlim nəticəsi 2: Konsyerjin xidmətlərini yerinə yetirməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Konsyerjin göstərdiyi xidmətləri yerinə yetirir.
2. Oteldə konsyerj olmadıqda, inzibatçı tərəfindən xidmətlərin təşkil edilməsini vurğulayır.
3. Tədbir təşkilatçısının bütün vəzifələrini və öhdəliklərini, o olmadıqda və ya ümumilikdə elə bir işçi olmadıqda icra edir.
4. Tədbir və mərasimlərin keçiriləcəyi məkanları müəyyən edir.
5. Müxtəlif ekskursiyalar təşkil edir.
Təlim nəticəsi 3: Qonaqlarla ünsiyyət zamanı peşəkarlıq nümayiş etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Qonağın qarşılanmasını və davranış qaydalarını müəyyən edir
2. Qonaq problemlərinin aradan qaldırılması və fəal dinləmə bacarıqlarından istifadə edir.
3. Şikayət edənlərə qarşı empatiya nümayiş etdirir.
4. Kənar şəxslərlə əlaqəli prosedurları yerinə yetirir.
5. Otel qonaqlarının növlərinə uyğun olan tələblərin qarşılanmasını təmin edir.
6. Məlumatların mühafizə olunması prosedurlarını tətbiq edir.