“TƏDBİR TƏŞKİLATÇISI” MODULUNUN
SPESİFİKASİYASI
Modulun adı: Tədbir təşkilatçısı
Modulun kodu: -
Saatlar və kredit: -
Modulun ümumi məqsədi: Bu modulun tədrisi tamamlandıqdan sonra tələbə əsas növ tədbir və mərasimlərin təşkili qaydalarını bilir, təşkilatçı kimi tədbir və mərasimlərin peşəkar idarədilməsini bacarır.
Təlim nəticəsi 1: Tədbir təşkilatçısı tədbir və mərasimləri təşkili qaydalarını bilir.
Qiymətləndirmə meyarları
1. Tədbir təşkilatçısı tədbir və mərasimləri müəyyənləşdirir.
2. Tədbir təşkilatçısı tədbir və mərasimlərin konsepsiyasını müəyyənləşdirir.
3. Tədbir təşkilatçısı tədbirin mövzusunu müəyyən edir.
Təlim nəticəsi 2: Tədbir təşkilatçısı tədbir məkanlarının müəyyənləşdirilməsini bacarır.
Qiymətləndirmə meyarları
1. Tədbir təşkilatçısı tədbir və mərasimlərin keçiriləcəyi məkanları müəyyən edir.
2. Tədbir təşkilatçısı iştirakçıların yerləşdirilməsi nümunələrini hazırlayır.
3. Tədbir təşkilatçısı yerləşmə məkanlarının bron edilməsini həyata keçirir.
Təlim nəticəsi 3: Tədbir təşkilatçısı tədbirin logistikasını və iş planını hazırlamağı bacarır.
Qiymətləndirmə meyarları
1. Tədbir təşkilatçısı tədbirin koordinasiyası və logistikasının təşkilini həyata keçirir.
2. Tədbir təşkilatçısı iş bölgüsü, işin icrası vaxtı və tempinə nəzarət edir.
3. Tədbir təşkilatçısı təchizatçıları seçərək işçi heyətinə təchizatçıları təsnifləşdirməyin qaydasını izah edir.
Təlim nəticəsi 4: Tədbir təşkilatçısı tədbir və mərasimlərin maliyyə idarəetməsini bacarır.
Qiymətləndirmə meyarları
1. Tədbir təşkilatçısı gəlirlər və xərcləri müəyyənləşdirir.
2. Tədbir təşkilatçısı tədbir və mərasimlərin zamanı xərclərin optimallaşdırılmasına nəzarət edir.
3. Tədbir təşkilatçısı bazar dəyərləri əsasında göstərdiyi xidmətlər üzrə qiymətləri təyin edir.