TƏLİM NƏTİCƏSİ 4
Qiymətin həddən çox təklif edilməsi zamanı uyğun müştəri kontingentinin tapılmaması, qiymətin çox aşağı təklif edilməsi müştərilərdə işin keyfiyyəti ilə bağlı şübhələrin yaranması kimi nəticələrə səbəb ola bilər. Yüksək qiymət təyin edirsinizsə və etimadnamələriniz yoxdursa, bu Sizin fırıldaqçılıqla məşğul olduğunuz, etimadnamələriniz olaraq çox aşağı qiymət təyin etdikdə isə müştərilər qarşısında çarəsiz vəziyyətdə olduğunuz görüntüsü yaratmış olarsınız.
Adətən, yeni biznesə başlayanlar qiymət müəyyən edərkən yalnız işçilərin əmək haqqı, təchizat və əməliyyat xərcləri və gəlirləri hesablayırlar və bu zaman vergi və sığorta xərclərini nəzərə almırlar. Bu da son nəticədə mənfəətin nəzərdə tutulandan çox az olmasına gətirib çıxarır.
Tədbir təşkilatçısı xidmətləri üçün qiymət təyin edərkən bəzi amilləri nəzərə almalıdır:
1. Müştəri təbəqəniz.
Əgər Siz VİP təbəqəyə xidmət göstərmək üzrə ixtisaslaşmısınızsa, bu zaman qiymətləri yüksək təyin edə bilərsiniz. Çünki, hətta bu müştəri təbəqəsinin bir qismi əslində daha ucuz variant axtarsa da, onlar Sizin təklif edəcəyiniz yüksək qiymətlə razılaşmaq məcburiyyətində qalacaqlar. Bu təbəqədə olan insanlara hər şeyin dəyərliliyi çox vacibdir. VİP və cəmiyyətdə məşhurluğu olan şəxslərin öz aralarındakı varlıq rəqabəti Sizə imkan verir ki, mütəmadi olaraq qiymətləri yüksəldəsiniz.
Əgər Siz aşağı gəlir təbəqəsinə daha çox xidmət göstərirsinizsə, təyin edəcəyiniz qiymətlər cüzi mənfəətli olacaq. Bu təbəqə üzrə bir fərq olacaq ki, Siz daha çox müştəriyə xidmət göstərmək və daha çox gəlirlə yüksək dövriyyə yarada bilərsiniz. Aşağı qiymətlərlə işlədikdə Siz adətən standart ssenarilərlə işləyirsiniz və bir dizayn-tərtibat dəstini bir neçə tədbir üçün işlətməklə əlavə xərc çəkmirsiniz. Həmçinin, standart tərtibat və təşkilatçılıq etməklə vaxta qənaət etmiş olursunuz.
Əgər Siz həm yüksək, həm aşağı gəlir təbəqənizdə olan müştərilərə xidmət göstərmək istəyirsinizsə, bu zaman 2 fərqli şirkət kimi fəaliyyət göstərməyiniz daha məqsədəuyğundur. Çünki, aşağı gəlir təbəqəsi üzrə müştərilərə xidmət göstərməklə, VİP təbəqə qarşısında gözlədiyiniz prestijə sahib olmağınız çətin olacaq. Məhz bu şəkildə Siz 2 fərqli qiymət strategiyası müəyyənləşdirərək bazarda hər zaman müştəri tapmağa nail ola bilərsiniz.
2. Ərazi.
Müştərilərin yaşadığı (yerləşdiyi) ərazilər üzrə də qiymət hər zaman fərqli olur. Eyni gəlir təbəqəsində olan müştərilər üçün təklif edəcəyiniz qiymət onların yaşayış (yerləşmə) yerinə görə fərqlənməlidir. Belə ki, paytaxt və ya biznes mərkəz sayılan şəhərlərdə korporativ tədbirlər üçün qiyməti yüksək təyin etməyiniz heç bir problem yaratmayacaq. Çünki, adətən şirkətlər tərəfindən ödənilən korporativ tədbirlərin xidmət haqqı zamanı fəaliyyət göstərdikləri şəhərdə yüksək dəyərlərin mövcudluğu səbəbindən anlayışla qarşılanır.